Daniil Kislov: İslam Kərimovun vəfatı xəbəri bu gün elan ediləcək

0
586

Özbəkistan prezidenti İslam Kərimovun vəfatı xəbərini ilk olaraq yayımlamış Fergana.ru saytının baş redaktoru Daniil Kislov Rusiyanın Life.ru saytına müsahibəsində bildirib ki, prezidentin vəfatı ilə bağlı rəsmi məlumat bu gün verilə bilər.

Onun fikrincə, bu, ölkədə həmin məlumatı verə biləcək mənbələrin hazırda bağlı olması ilə ılaqədardır.

“İslam Kərimov Moskva vaxtı ilə 15:35-də (Bakı vaxtı ilə 16:35-də – virtualaz.org) vəfat edib. Bu barədə yalnız biz, bir sıra Rusiya və dünya KİV bilir. Ən populyar axşam verilişlərinin birində bu barədə xəbər verilmədi. Biz Özbəkistanda 15 ildir ki, işləyirik və anlayırıq ki, prezidentin xəstəliyi barədə məlimat almaq praktiki olaraq qeyri-mümkündür”, – D.Kislov deyib.

BIR CAVAB BURAXIN