Daha bir ulduz futbolçuya cinayət işi açılır

0
619

Daha bir ulduz futbolçuya cinayət işi açılır

İspaniya Prokurorluğu “Real Madrid”də forma geyinən xorvatiyalı ulduz Luka Modriç haqqında vergidən yayınmaqdan ötrü cinayət işi açılması üçün məhkəməyə müraciət edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iddianamədə futbolçunun Lüksemburqda qurduğu bir şirkət vasitəsilə 2013 və 2014-cü illərdə imic haqlarından əldə etdiyi gəliri vergi qurumlarından gizlətdiyi qeyd edilib.

Məlumata görə, Modriç 2013-cü ildə 290 min 990 avro, 2014-cü ildə isə 572 min 738 avro məbləğində vergini ödəməyib.

Qeyd edək ki, bundan öncə Ronaldo, Messi, Falkao, Koentrao, Marselo, Xames və bir neçə ulduz futbolçu da eyni maddə üzrə məhkəməyə veriliblər.

Həmin futbolçulardan sonuncu dəfə dünən Marselo hakim qarşısına çıxmış və borcu ödəməyi qəbul etmişdi. Buna görə haqqında cinayət işi açılmamışdı.

BIR CAVAB BURAXIN