Dəniz Aytekin hakimlikdən kənarlaşdırıla bilər

0
584

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşması olan “Barselona” – PSJ oyununun (6:1) hakimi Deniz Aytekin və onun komandasından narazı qalıb. Apasport.az saytının “Marka”ya istinadən məlumatına görə, qitə futbol qurumunun Hakimlər Komitəsinin sədri Pyerluici Kollina oyun haqqında raport tələb edib.

 

Yaxın günlərdə türk əsilli alman hakimin işinə qiymət veriləcək. Gözlənilir ki, onun həmin matçdakı idarəçiliyi aşağı qiymətləndirilsin və Aytekin bu mövsüm və hətta gələn mövsüm də səviyyəli turnirlərdən kənarda qalsın.

 

Qeyd edək ki, oyundan sonra futbol ictimaiyətinin bir çox nümayəndələri qarşılaşmadakı bir çox epizod haqqında hakimin qərarlarından narazılıq etmişdi. Xüsusilə də, görüşün 90+1-ci dəqiqəsində Suarezin parislilərin cərimə meydançasında yıxılmasından sonra təyin edilən penalti səhv qərar kimi qəbul edilir.

BIR CAVAB BURAXIN