Çin ABŞ-dan “Huavvei”-nin direktorunu təqib etməsinə son qoymağı tələb edib

0
481

ABŞ-ın “Huavvei”nin direktoru Men Vançjounu təqib etməsi və onun saxlanılmasına nail olması böyük səhvdir və Vaşinqton bunu düzəltməlidir.

Arazinfo.com TASS-a istinadən verdiyi xəbərə görə, bunu Çin Xarici işlər nazirliyinin rəsmisi Xua Çunin deyib: “Biz ümid edirik ki, ABŞ kimi Kanada da”Huavvei”nin direktoru Men Vançjouya münasibətdə səhvini anlayacaq və bunu düzəltmək üçün müvafiq addımlar atacaq. Biz ABŞ-dan “Huavvei”nin direktoru Men Vançjounu təqib etməsinə son qoymasını tələb edirik”.

Xua Çunin deyib ki, “Huavvei” ilə bağlı baş verənlər ABŞ-ın Çinin yüksək texnologiyalar kompaniyasına təzyiq göstərilməsi ilə bağlıdır.