Çexiya prezidenti ölkə parlamentini qondarma “erməni soyqırımı”nı tanımağa çağırmaq niyyətindədir

0
546

Çexiya prezidenti Miloş Zeman ölkə parlamentini qondarma “erməni soyqırımı”nı tanımağa çağırmaq niyyətindədir.

 

APA-nın “İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə o, Ermənistana səfəri çərçivəsində ermənistanlı həmkarı Serj Sarkisyanla görüşündən sonra birgə mətbuat konfransında deyib.

 

Xatırladaq ki, iyunun 2-də Almaniya Bundestaqı da qondarma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qətnamə qəbul edib.

Sosial səhifələrdə paylaş

BIR CAVAB BURAXIN