Çevriliş ssenarisi Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan tərəfindən hazırlanıb-Gizli hesabat

0
424

feto-erdo

 

 

 

 

 

 

“Avropa İttifaqı ölkələrinin xəfiyyə orqanlarından ibarət bir mərkəzin qələmə aldığı bildirilən 24 avqust 2016-ci il tarixli hesabatda 15 İyul terrorçu çevriliş cəhdilə bağlı səhv, əsassız, tərəfli və cahilcə iddialara yer verildiyinə dair bəzi mətbuat xəbərlərilə əlaqədar AB rəsmilərindən izahat tələb edilmişdir. Hesabatın mövcudluğu və məzmunuyla bağlı hər hansı bir təsdiqləyici məlumat alınmamışdır”.

Strateq.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin dünən yaydığı bəyanatda belə deyilir.

Nazirlik bəyanatı İngiltərənin “The Times” qəzetində dərc olunan bir yazını təkzib etmək məqsədilə verib. Qəzetin məlumatına görə, 24 avqust 2016-ci il tarixində Avropa Birliyinin xəfiyyə orqanları Türkiyədə baş verən 15 İyul çevriliş cəhdilə bağlı gizli hesabat hazırlayıb və sənəddə çevriliş ssenarisinin Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan tərəfindən hazırlandığı, Fəthullah Gülənin bu proseslərdə ümumiyyətlə iştirak etmədiyi iddia olunur:

“Çevriliş cəhdi qərarı, yaxın zamanlarda orduda aparılacaq təmizləmə əməliyyatından duyulan qorxudan qaynaqlanırdı. Böyük ehtimalla, Gülən tərəfdarları, dünyəvi Kamalistlər, AKP-nin digər rəqibləri və fürsətçilərdən ibarət bir qrup ordu mənsubu bu cəhdin arxasında dayanıb. Amma Gülənin şəxsən çevrilişdə hansısa rol oynaması ehtimalı mümkün deyil. Çevriliş cəhdi əvvəlcədən hazırlanmış repressiya planlarını həyata keçirmək üçün bir tezləşdirici idi”.

Mövcudluğu iddia olunan hesabatda Fəthullah Gülənin çevriliş cəhdində iştirakını istisna edən bəzi arqumentlər də sıralanıb. Əsas arqument isə belədir:

“Güləncilər təhlükəsizlik orqanları, məhkəmə və digər təşkilatlarda yuxarı mövqelərə yerləşmək üçün onlarla il çalışdılar. Beləcə, Fəthullah Gülən üçün ölkədəki vəziyyətə təsir və prezident Ərdoğanın fəaliyyətlərini nəzarət edəcək bir şəbəkə yaradıldı. Amma 2014-cü ildə Ərdoğan polis təşkilatı və digər dövlət orqanlarında Güləncilərə qarşı təmizləmə əməliyyatına başladıqdan sonra vəziyyət dəyişdi”.

AB hesabatında Gülənə bağlı islamçıların Türk ordusunda güclü olmadığı, əksinə, ordunun 15 İyula qədər Türkiyədə sekulyarizmin qalası kimi tanındığı iddia edilir:

“Gülənin belə addımlar atacaq gücdə olması mümkün deyil. Özünü sekulyar Türkiyənin zəmanəti olaraq görən Türk Silahlı Qüvvələrinin Güləncilərlə ortaqlıq quraraq, Ərdoğanı devirmək istədiyinə dair hər hansı bir dəlil yoxdur. Gülən hərəkatı, dünyəvi müxalifət və Türk ordusundan uzaqdır.”

Hesabatında həmçinin qeyd olunur ki, çevriliş cəhdindən qabaq Ərdoğanın orduda təmizləmə əməliyyatı aparacağı gözlənilirdi: “Bu ehtimal Ərdoğanın ordudakı sekulyar rəqiblərinin də ağlını başından çıxartdı və Suriya ilə PKK mövzularında Ərdoğanın siyasətlərinə qarşı olan hərbi seqmentləri hərəkətə gətirdi. Çünki 2013 ilə 2015 arasında davam edən sülh prosesində PKK-nın silahla təhcizatına ordunun göz yumması əmr olunmuşdu, qarşıdurmalar yenidən başlayanda isə bu silahlar orduya qarşı istifadə edildi. Yüksəkrütbəli hərbçilər Ərdoğanın Suriyaya quru hərəkatı planına qarşı idilər və onlar “təmizləndikdən” sonra Avqustda quru əməliyyatı başlandı.

Silahlı Qüvvələrdəki Gülənçi zabitlər yaxınlaşan təmizləmə əməliyyatı səbəbiylə çevrilişə cəhd etdilər. Çevriliş ordudakı Kamalçılar və hökumətin PKK ilə Suriya böhranı mövzusundakı siyasətlərindən məmnun olmayan qruplar tərəfindən də dəstəkləndi. Ərdoğan AKP iqtidarına müxalif olanlara qarşı əhatəli bir represiya kampaniyası başlatmaq üçün uğursuz çevriliş cəhdindən və fövqəladə haldan faydalandı. Həbs qərarları isə əvvəlcədən hazırlanmışdı”.

“The Times”iddiası ilə bağlı müraciət etdikləri Avropa rəsmi qaynaqlarından heç bir təsdiqləyici cavab almadıqlarını bildirən Türkiyə Xarici İşlər Nazirliyi belə bir hesabatın həqiqətən ola biləcəyini də istisna etmir:

“AB kəşfiyyat təşkilatlarının belə bir hesabat hazırladığı iddialarında doğruluq payı varsa, bu, AB-nin bədniyyətli davranışının ən bariz göstəricisi olacaq. Digər tərəfdən, haqqında danışılan hesabat AB-nin ölkəmiz əleyhinə fəaliyyət göstərdiyini və bu istiqamətdə ictimai rəy yaratmağa çalışıldığını da ağla gətirməkdədir”.

Nazirlik gizli tutulduğu və hansısa məqsədlə mətbuata sızdırıldığı ehtimal olunan hesabatdakı iddialara da münasibət bildirib. İddiaların “səhv, tərəfli və cahilcəsinə” olduğu vurğulan bəyanatda deyilir:

“15 İyul terrorçu çevriliş cəhdinin arxasında Fəthullahci Terror Təşkilatının (fetö) olduğu xüsusu dəlilləriylə ortaya çıxmışdır. Bu terror təşkilatının ölkəmizin milli təhlükəsizliyinə, sabitliyinə, birliyinə və bütövlüyünə yaratdığı təhdid haqqında AB ölkələrinə hər səviyyədə məlumat verilmişdir. FETÖ-nün yalnız Türkiyə deyil, fəaliyyət göstərdikləri digər ölkələr baxımından da təhlükəsizlik riski daşıyan qaranlıq bir qlobal şəbəkə olduğu barədə tərəf-müqabillərimizi dəfələrlə xəbərdar etmişik.

Türk xalqı FETÖ-nün bu cəhdi qarşısında demokratiyamızı qorumaq uğrunda verdiyi şərəfli mübarizəyə və terrora qurban gedən şəhidlərimizə belə, hörmət göstərməkdən uzaq olan belə bir yanaşmanı nə qəbul edilə bilər, nə də bu yanaşma vicdana uyğundur”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

five × three =