Çempionlar Liqası: “Real” – “Yuventus” finalına doğru

0
742
 

Futbol üzrə UEFA Çempionlar Liqasında ikinci yarımfinal görüşü keçirilib. Xatırlqdaq ki, dünən ilk yarımfinalda “Real” Madriddə “Atıetiko”nu Kriştianu Ronaldunun “het trik”i sayəsində 3:0 hesabı ilə məğlub etmişdi.

Qonsalo İquainin “dublu” Turin “Yuventus”una səfərdə “Monako”ya 2:0 hesabı ilə qalib gəlməyə imkan verib. Bu isə böyük ehtimalla Çempionlar Liqasının finalında “Real”la “Yuventus”un qarşı-qarşıya gələcəyi deməkdir. Təbii ki, cavab oyunlarında möcüzə baş verməzsə.

Çərşənbə günü həmçinin Avropa Liqasında ilk yarımfinal oyunu baş tutub. Hollandiyanın “Ayaks” klubu Fransa “Lion”unu 4:1 hesabı ilə məğlub edib.

Virtualaz.org

BIR CAVAB BURAXIN