Cazibədar müğənni sinəsində 12 milyonluq sərvət daşıdı

0
358

  • Cazibədar müğənni sinəsində 12 milyonluq sərvət daşıdı - FOTOLAR

Xəbər verdiyimiz kimi, dünən “Qremmi 2017” mükafatlarının təqdimat mərasimi keçirilib. Mərasimin ən yaddaqalan ulduzu isə bu yaxınlarda əkiz anası olacağını elan edən Beyons olub.

Publika.az xəbər verir ki, hind ilahəsi şəklində səhnəyə çıxan ulduz tamaşaçılara unudulmaz anlar yaşadıb. Çıxışından sonra zalda öz mükafatını almaq üçün növbəsini gözləyən müğənni səhnə kostyumunu dəyişib və “Glittery” moda evindən al-qırmızı biserli paltar geyinib.

Sinəsi göbəyinə qədər açıq olan paltarı ulduz brilyant qaşlı boyunbağı ilə tamamlayıb. Xarici KİV-lərin yazdığına görə, dəfələrlə dünyanın ən zəngin müğənnisi seçilən Beyons sinəsində bütün gecə bərq vuran əsil sərvət daşıyıb. Belə ki, Beyonsun “Lorraine Schwartz” zərgərlik evindən olan 400 karatlıq boyunbağısının dəyəri 12 milyon dollardır. Onun üzükləri də eyni brenddən olub.

Aytən

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

14 + eleven =