Çavuşoğlu: “… İŞİD-ə qalib gəlmək mümkün olmayacaq”

0
576

“Quru hərbi əməliyyatları keçirmədən İŞİD terror qruplaşmasının öhdəsindən gəlmək mümkün olmayacaq”.

 

Publika.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN International telekanalına bildirib.

 

“Biz terrorçularla mübarizədə Azad Suriya Ordusuna dəstək göstəririk. Biz hər beynəlxalq görüşdə vurğulayırıq ki, quru əməliyyatları olmadan bu qanlı terror qruplaşmasına qalib gəlmək mümkün olmayacaq. Bizdə bir düşmən var və ona qarşı birlikdə hərəkət etməliyik. Cerablus əməliyyatından sonra hamıda əminlik yarandı ki, İŞİD-ə asanlıqla qalib gəlmək olar. Mən xatırladım ki, İŞİD-in 30 min döyüşçüsünə qarşı koalisiyanın 65 ölkəsi hərəkət edir”, – o, deyib.

 

Çavuşoğlu bildirib ki, Türkiyə “Fərat Qalxanı” əməliyyatı çərçivəsində Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılmasına nail olmaq istəyir.

 

Qeyd edək ki, Türkiyə 24 avqustda Suriyada “Fərat Qalxanı” əməliyyatına başlayıb və 8 saat ərzində Cerablusu İŞİD-dən azad edib. Növbəti bir neçə gün ərzində isə İŞİD-i Türkiyə-Suriya sərhədindən tamamilə təmizləyib.

 

BIR CAVAB BURAXIN