Cavanşir Feyziyev, Xanlar Vəliyev və Sahibə Qafarova işçi qruplarının sədrləri olacaqlar

0
141

Milli Məclisin dekabrın 28-də keçiriləcək  plenar iclasında 3 işçi qrupuna yeni sədrlər təyin ediləcək.

Arazinfo.com-un verdiyi  xəbərə görə,  millət vəkili Sahibə Qafarovanın Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun, Cavanşir Feyziyevin  Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun,  Xanlar Fətiyevin isə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə təyin ediləcəyi gözlənilir.

Bununla əlaqədar “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarına dəyişiklik edilməsi nəzərdə tutulub.