Çandarda sirli  tapıntı (2) Əziz Mustafa

0
632

 

 

Daş plitələrin analizi göstərdi ki, onlar 40 min il bundan əvvələ aiddir. Amma  o dövrdə bu xəritə necə hazırlanmışdı və bundan məqsəd nə idi? Axı müasir elmdə mövcud olan nəzəiyyələrə görə daş dövrü  eramızdan 10 min il bundan əvvəldən o yana getmir. Əgər söhbət bizə məlum olmayan sivilizasiyanın eramızdan 30-40 min il əvvəl yüksək nəticələrə nail oduğu, Yer kürəsinin xəritəsini ən xırda incəliyinə qədər çəkmək üçün 300 kilometr yüksəkliyə uça bildiyi və bu zaman hesablamalar zamanı kompyuterdən istifadə etdiyindən gedirsə, onda deməli bizim tarixi 10 min il bundan əvvəldən başlayaraq öyrənməyimiz səhvdir. Belə ehtimal etmək olar ki, daş dövründən əvvəl yüksək sivilizasiyalar mövcud olub və bizə məlum olmayan səbəblər üzündən Yer kürəsi əhalisini daş dövrünə qaytaran hansısa qlobal hadisə baş verib. Nə isə mövzudan uzaqlaşmadan qeyd edək ki, Çandarda tapılan daş plitənin üzərindəki xəritənin 3-cü qatının hazırlanmasında istifadə edilən farforun Çində hazırlanmadığının ortaya çıxması onun Çinlə əlaqəli olması barədə söylənilən ehtimalların boşa çıxmasına səbəb oldu. Belə başa düşmək olar ki, naməlum sivilizasiya tərəfindən bu xəritə hazırlanarkən məqsəd Yer kürəsi barədə gələcək nəsillərə özlərindən sonra bir məlumat qoymaq olub. Ola bilsin ki, onlar məhv olaraq tarixin səhnəsindən silinəcəklərini və özlərinə aid olan yüksək texnologiyaların da yoxa çıxacağını bilirlərmiş. Ona görə də yer kürəsinin xəritəsini məhz milyon illər belə dağılmayacaq daş plitələr üzərinə köçürməklə gələcək nəsillərə özlərindən sonra bir işarə qoyublar.  Hər halda Çandarda tapılan bu xəritə Yer kürəsinin müxtəlif bölgələrindəki günümüzdə belə sirri açılmayan yüzlərlə tapıntılardan biridir.

 

Tapıntıda Türk izləri

Çandar tapıntısına səbəb Başqırdıstanda Çin izinin axtarılması oldu. Belə demək mümkünsə Kolumb  Hindistanı axtarırdı, əvəzində Amerika qitəsini kəşf etdi. Digər tərəfdən də Çandardakı qayaüstü heroqlifləri dərindən öyrənərkən onların Çinlə əlaqəsinin olmadığı, səhv  oxunduğu məlum oldu. Düzdür, bu heroqliflər çin heroqliflərinə- tzyaquvenə oxşayır. Ancaq onun  Çin dilində oxunuşı elmi dəlillərlə sübut edildi. Ancaq onda bu yazılar hansı dildə idi? Bu suala rusiyalı alimlərin cavabı birmənalıdır: “Çandar qayaüstü yazıları naməlum  bizə məlum olmayan dildədir”. Niyə rus və dünya alimləri Çandar qayaüstü  yazılarının naməlum dildə olduğunu söyləyirlər və bununla da məsələni bitmiş hesab edirlər? Halbuki Çandar qayaüstü yazılarını  bu yerlərin qədim sakinləri olan türk və onlarla etnik yaxınlığı olan  fin-uqor dillərində oxunmağa cəhd edilməsi mümkündür. Axı tarixdə türklər və onlarla qohum olan fin-uqorların Balkanlardan, daha dəqiq desək Mərkəzi Avropadan tutmuş Ural və Sibir də daxil olmaqla Çinin mərkəzi hissələrinə, Uzaq Şərqə- Yaponiyaya qədər uzanan böyük bir ərazidə yaşamaları dəfələrlə bu ərazidə tapılan qədim maddi mədəniyyət abidələri, toponimlərlə ( yer adları) sübut edilib.  Bəs belə isə niyə Çandar qayaüstü yazılarının  türk və ya fin-uqor dillərində oxunmasınə cəh  edilmir? Bu sualın cavabını  Avropa alimlərinin  türklərin  qədim sivilizasiyaya malik olmasını qəbul edə bilməməsində axtarmaq lazım gəlir. Yeri gəlmikən onu da qeyd edək ki, bizə məlum olan ən qədim sivilizasiya quran şumerlərin türk olması onarın dillərində olan və günümüzdə belə türk xalqlarının dillərində işlənən  500-dən artıq söz də sübut edir. Amma Qərb tarixçiləri bu faktın üstündən sükutla keçərək şumerləri milli mənşə və dil baxımından naməlum xalqa aid edirlər. Halbuki hansı qədim xalqın dilində günümüzdəki dillərdən hər hansı birində işlədilən çox yox, 15-20 söz tapsalar, onda onun etnik və dil baxımındanqədim xalqın varisi olduğunu söyləyirlər. Amma türklərə gələndə bu məsələ barədə susmağa üstünlük verilir. Qədim sivilizasiyanın türk şumerlərdən başladığını ört-basdır etmək üçün Qərb tarixçiləri qədim Yunan  mədəniyyətini təbliğ edirlər. Halbuki yunanlar mədəniyyəti şumerlərdən əsrlərdən sonra yaranıb. Yunan mədəniyyətini şumerlərin təsiri olduqca güclüdür.  Üstəlik yunan mədəniyyyəti yüz illər sonra yaranmasına, şumer sivilizasiyasından bəhrələnməsinə baxmayaraq onun səviyyəsinə yüksələ bilməyib. Bu baxımdan Çandar qayaüstü yazılarının türk dilində oxunmasına cəhd edilməməsi də zənnimizcə tarixi  türk düşmənçiliyindən irəli gəlir. Vaxtı ilə məsələnin bu tərəfinə diqqəti cəlb edən məşhur tarixçi alimn Lev Qumilyov yazmışdı ki, Qərb və eləcə də rus tarixçilərinin türk sivilizasiyalarının mövcudluğunu həzm edə bilməməsi və bu məsələdə Çin və fars mədəniyyətinin izlərini axtarması tarixi yanlışlıqlara gətirib çıxararaq dünyanın həqiqi tarixinin yazılması yolunda ciddi maneəyə çevrilib. Eyni sözləri Çandar qayaüstü yazılarına münasibətdə də görmək olar. Halbuki türklər və çinlilər min illər boyu qonşuluqda yaşayıblar.  Müasir dövrümüzdə Avropa və dünya xalqlarının, o cümlədən türk əsilli dövlətlərin və xalqların çoxunun latın əlifbasından istifadə etdiyini nəzərə alanda  qədim türklərin çiyin-çiyinə yaşadıqları xalqın heroqliflərindən (və ya əksinə)  istifadə edə bilməsi bütün hallarda məntiqi baxımdan ağlabatan görünür. Nəhayət onu da deyək ki, çinli ekspertlər də daş plitədəki heroqliflərin çinlilərə aidi olmadığını, onların daha qədim dövrlərin yadigarı olduğunu  etraf etdilər. Çinli ekspertlər sözlərin heroqliflərlə çinlilərə xas olmayan heca vəzninə uyğun şəkildə yazıldığını, şəkilçilərin də sözün əvvəlinə deyil, kökünə birləşdirildiyini ( türk dilində olduğu kimi) bildiriblər. Bu da tapıntının türklərə aid ola bilməsi ehtimalını daha da ağlabatan edir.

Əgər Çandar tapıntısına dünyanın hansısa bir yerində Misirdə, Cənubi Amerikada rast gəlinsəydi, onu dərhal qəbul edər və hansı xalqa mənsubluğu barədə açıqlama verərdilər. Amma qədim sivilizasiyanın izləri gedib Qərbdə formalaşdırılan”vəhşi və mədəniyyətsiz köçəri” türklərə gedib çıxanda  dərhal onun naməlum xalqa aid olması ehtimalı gündəmə gəlir. Halbuki elm və texnikanın yüksək inkişaf dövrü keçirdiyi bir vaxtda naməlum xalq anlayışı olmamalıdır. Belə yanlış və düşmən yanaşma isə günümüzə kimi gəlib çatan bir çox sirlərin açılmasına mane olur.

 

Ziddiyətli rəqəmlər

Daş plitənin yaşının müəyyən edilməsi və kimyəvi analizlərlə bağlı bəzi ziddiyyətli məqamlar mövcududr. Belə ki, əvvəlcə dai plitənin yaşı təxminən 40 min il olduğu təhmin edilirdi. Amma təsadüfən daş plitəyə bərkidilən balıq qulağından biri qopdu. Nə üçünsə tədqiqatçılardan biri bu balıq qulağının ayrıca şəkildə kimyəvi analiz edilməsini təklif etdi. Balıq qulağının kimyəvi analizi mütəxəssisləri heyrətə saldı. Məlum oldu ki, bu balıq qulağının ən azlı 50 milyon il yaşı var. Digər balıqulağının isə yaşının 100 milyon ildən çox olduğu aşkar edildi. Müxtəlif fərqli illərə mənsub olan bu balıq qulaqlarının daş plitə üzərinə birləşdirilməsinin isə səbəbini mütəxəsssilər zah etməkdə çətinlik çəkirlər.

 

Vaytman və vaytmarlar- kosmik aparatlardımı ?

Çandarda aşkar edilən daş plitənin üzərindəki xəritədə  Başqırdıstandakı Salavat şəhərindən Ufa yüksəkliyinə kimi olan ərazi və oradakı çaylar təpəliklər, dağlar, hətta çayın dibi belə aydın şəkildə əksni tapıb. Tədqiqatçılar üçün ən gözlənilməz hadisə isə xəritədə vaxtı ilə burada yaşayan sivilizasiyaya aid edilən izlərin aşkar edilməsi oldu. Xəritədə 500 metr eni və 1500 kilometr uzunluğu olan kanal aydın hiss edilir. Bundan əlavə eni 300-500 metr, uzunluğu isə 10 kilometr olan  12 su bəndi də xəritədə əksini tapıb. Bu həcmdə hidrotexniki qurğuları inşa etmək hətta müasir texnikanın  köməyi ilə belə mümkün deyil.

Kanalların yaxınlığında romb formasında olan meydançalar aşkar edilib. Professor Çuvırovun fikrincə bunlar naməlum sivilizasiyaya məxsus kosmik aparatlar vaytman və ya vaytmarlar üçün nəzərdə tutulan uçuş enmə zolaqlarıdır. Qədim obyektləri və onların izlərinin müəyyən edilməsi üzrə tanınmış mütəxəssis olan moskvalı Nikolay Levaşovun  da fikrincə bu romb sahələri qədim sivilizasiyaya məxsus olan və şərti adı vaytman və vaytmar olan planetlərarası uçuşu həyata keçirən kosmik gəmilər üçün nəzərdə tutulan  uçuş-enmə zolaqlarıdır. Çandarda aşkar edilən düzbucaqlı uçuş enmə meydançasının həcmi də insanı heyrətə salan dərəcədə böyük, 280 kvadrat kilometrdir.

 

Daha iki daş plitə…

Daş pliətlərin digərlərinin axtarışı zamanı arxivdə general-qubernator Vaxruşev tərəfindən yazılan əlyazma aşkar edilib. Vaxruşevin yazdığına görə, 4 analoji daş plitə Çandarda, biri Xasanovun malikanəsində, digəri isə Ufimka adlı yerdə, Qırmızı açar ( Kranaya  klyuç) çayı  ətrafındadır. Bir neçə il  əvvəl adı çəkilən çayda suyun səviyyəsinin aşağı düşməsi nəticəsində həmin daş plitənin yarısı üzə çıxımışdı. Onu çaydan çıxarmaq isə mümkün olmadı. Çünki ağırlığı iki tondan çox idi. Digər iki daş plitə Çandarda yaşayan iki ailənin həyətində aşkar edilib. Ailələrdən biri bu daş plitə üçün böyük miqdarda pul tələb edir. Digər daş plitədən isə ailə ev inşa edərkən onun  bünövrəsində istifadə edib. Bu plitələrin sakinlərdən alınması üçünsə maraqlı qurumlar maliyyə vəsaiti ayırmaq istəmiirlər. Halbuki hesablamalar göstərdi ki, Çandarda aşkar edilən ilk daş plitə-xəritənin qiyməti Rusiyanın bir illik dövlət büdcəsindən bahadır. Bu və digər səbəblərdənmi, ya nədənsə yeni aşkar edikən daş plitələrin sakinlərdən alınaraq mütəxəssislərin tədqiqinə verilməsi  isə lənciməkdədir. Halbuki onların tədqiqinin daha möhtəşəm sensasiyalara yol aça biləcəyi ehtimalı kifayət qədər yüksəkdir…

 

 

 

BIR CAVAB BURAXIN