Cənubi Qafqaz ölkələri ABŞ-ın mühüm tərəfdaşıdırlar

0
167

Cənubi Qafqaz ölkələri ABŞ-ın mühüm tərəfdaşıdırlar.

Mediainfo.az-ın verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında ABŞ-ın Minsk qrupundakı keçmiş həmsədri Kerri Kavano deyib. Onun sözlərinə görə, əsas və vacib məsələ Cənubi Qafqaz ölkələrinin Vaşinqtonla əməkdaşlıq çərçivəsində demokratik inkişaf yolunu davam etdirmələri, sülhə və sabitliyə töhfə vermələri, terrorla mübarizədə qəti addım atmalarıdır: “Mən belə hesab edirəm ki, Boltonun Cənubi Qafqaz ölkələrinə səfəri zamanı bölgədəki indiki durum barədə ABŞ daha çox məlumat əldə edəcək”.

Kavano ABŞ-la Azərbaycan arasında sıx münasibətlərin olduğunu və Boltonun Bakıya səfəri zamanı energetika sahəsində, o cümlədən Cənubi Qaz kəməri haqqında müzakirələr aparacağını da qeyd edib. O həmçinin Boltonun Bakı və Yerevanda keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin də əsas müzakirə hədəfi olacağını istisna etməyib.

 

 

 

 

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

two × five =