Bura dünyanın ən çirkli şəhəridir…

0
361

Əhalisinin sayına görə dünyada ikinci olan Hindistanda insanların özünəməxsus yaşam tərzi var. Bu ölkədə hər birimizi təəccübləndirən bəzi maraqlı hadisələr baş verir.

 

Publika.az-ın məlumatına görə, dünyanın ən çirkli şəhəri də bu ölkədədir. Özü də paytaxt Dehli. Şəhərin nə havası udulasıdır, nə suyu içiləsidir.

 

Son zamanlara qədər belə hesab olunurdu ki, Yer üzünün ən çirkli şəhəri Çinin paytaxtı Pekindir. Məhz bu şəhər tez-tez xarici medianın manşetlərini zəbt edirdi. Lakin Dünya Səhiyyə Təşkilatının son açıqlamasında dünyanın ən çirkli şəhərinin məhz Hindistanın baş şəhəri olduğu açıqlanıb. Təkcə paytaxt deyil, onun yerləşdiyi bölgə antisanitar şəraitinə görə seçilir.

 

Faktlar sübut edir ki, Dehli yerdən göyə qədər çirklənib. Xüsusən Yeni Dehli, o cümlədən Rode adasının yarısı insanların yaşayışı üçün təhlükəli əraziyə çevrilib.

 

Fotoqraf Matteu Paleyin Dehlinin ayrı-ayrı yerlərində beş gün ərzində çəkdiyi fotolar bu şəhərin dünyanın ən çirkli yaşayış yeri olduğunu sübut edir. Fotolara baxdıqda insanların yaşadıqları ərazidəki antisanitar şərait, zibilliklərdə eşələnib satmaq üçün əşyalar axtaran uşaqlar, çirkli sularda çimən azyaşlılar diqqət çəkir.

 

57 milyon insanı su ilə təmin edən Yamuna çayı  torpaq erroziyası, zibil boşaldılması və kimyəvi tullantılar səbəbindən bu duruma düşüb. Sənaye müəssisələrinin Yamunaya atdıqları kimyəvi tullantılar çayı toksik köpüklə doldurub.

 

Dehlinin şimalındakı kənd açıq havada nəhəng zibil tullantısı məntəqəsinin yanında yerləşir. Hərdən zibilliyi yandırırlar və buradan saatlarla tüstü dumanı çıxır.

 

Hindistanda yoxsulların açıq kanalizasiya xətlərinin, quyularının yaxınlığında yaşamaqdan başqa çarəsi yoxdur.

 

Fotoda gördüyünüz gənc qız və qonşuları illərdir Şhahadra kanalizasiyasının yanında yaşayanlardandır. Onlar zibillikdəki tullantılar arasında metal əşyalar tapır və onu satmaqla dolanırlar.

 

Kişilər paltarlarını çirkli Yamuna çayında yuyur, sonra qurulayıb geyinirlər. Paltarlar qurumaq üçün açıq kanalizasiyanın yanında asılır.

 

Çirkli çayın ətrafındakı evlərin hamısı yoxsullara məxsus daxmalardır. Dehlinin ən çirkli ərazisi Silampurdur. Fotolardan birində uşağın atasıyla körpünün altında özlərinə “ev” qurmaları diqqət çəkir. Onlar pul qazanmaq üçün zibillikdən metal tullantıları axtarıb tapır, satıb pul qazanırlar.

 

Zibillikdə metal toplayıb satmaqla pul qazanan yeniyetmənin kanalizasiya suyunda çimməsi yoxsulların hansı vəziyyətdə yaşadıqlarını göstərir. Bu yerlər yaşamaq üçün tam yararsız, hətta təhlükəsizdir. Lakin ev-eşiyi, pulu olmayan yoxsul ailələrin getməyə başqa yerləri yoxdur.

 

Çirklənmə dərəcəsinin çox olmasına baxmayaraq Yamuna çayı hələ də bəzi sakinlərin “çimdiyi”, “əyləndiyi“ məkandır. Yamunaya ətrafda yaşayan yoxsulların yaşam mərkəzinə çevrilib. Uşaqlar onun sularında oynayır, kişilər üzlərini, qadınlar paltarları o suda yuyur.

 

Fotoqraf Paley zibilliklərdə metal, plastik və kağız parçaları axtaran kişilər, qadınlar və uşaqlarla söhbət edib. Məlum olub ki, onlar bir gündə 1000 rupi (təxminən 15 dollar) qazanırlar. Bu, şəhərdəki diğər işçilərin qazanclarından 3 qat azdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

20 − 3 =