Bunu biləndən sonra Vay-Fay​ı söndürmədən yatmayacaqsınız

0
209

Müasir evləri Vay-Fay​ olmadan təsəvvür etmək mümkün deyil. İnternetə nəinki evdə, işdə, ticarət mərkəzlərində, təhsil müəssisələrində, ümumiyyətlə hər yerdə böyük ehtiyac var. Bəs bizi gecə-gündüz əhatə edən Vay-fay sistemi insana necə təsir edir?

Publika.az xəbər verir ki, alimlərin çoxu Vay-fayı əsl qatil adlandırır. Belə ki, elmi tədqiqatlarda elektromaqnit dalğalarının xüsusiyyətləri və onların insan beyninə mənfi təsir etdiyi məlum olub.

Tədqiqatın nəticələrinə görə, Vay-Fay şüaları nəticəsində hüceyrə səviyyəsində dəyişikliklər baş verir, insan beyinin fəaliyyətini zəifləyir, həmçinin bitkilərin büyüməsinin qarşısı alınır.

Vay-Fay avadanlıqları ilə işləyən adamlar şüaların orqanizminə mənfi təsirini azaltmaq üçün təhlükəsizlik texnikası üzrə dəqiq göstərişlər alır.

Vay-Fayın ziyanını necə azaltmaq olar?

Əgər internetdən heç kim istifadə etmirsə, gecə yatmazdan əvvəl onu söndürün.

Vay-Fay cihazını mətbəxdə, uşaq və ya yataq otağında qoymusunuzsa, yerini dərhal dəyişdirin. Bu cihaz insanların ən az olduğu otaqda yerləşməlidir.

Özünüzün və uşaqlarınızın sağlamlığını qorumaq üçün simsiz şəbəkələrin təsirini azaldın: Aktiv həyat tərzinə keçin, təmiz havada daha çox vaxt keçirin, sosial şəbəkədə xəbərlər lenti izləmək əvəzinə kitablar oxuyun.

Daim elektromaqnit dalğaların fəaliyyət zonasında olmağın mənfi təsirləri və insan orqanizmində dəyişikliklər təxminən 30 ildən sonra üzə çıxacaq. Baş ağrısı, yuxusuzluq, yorğunluq hissi, diqqət pozğunluğu və digər bu kimi bütün xoşagəlməz vəziyyətlərin əsas səbəbi texnologiyaların təsiri ola bilər

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

18 − 13 =