Bu il Aralıq dənizində 7 min miqrant ölüb?

0
537

2016-ci ilin əvvəlindən Avropaya keçmək məqsədi ilə yola çıxan 7 mindən çox miqrant ölüb.

Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının məruzəsində məlumat verilib.

Cari ildə 7189 miqrant ölüb və yaxud itkin düşüb. Bu, ötən illərlə müqayisədə rekord göstəricidir. Onların yarısından çoxu – 4812 nəfər Aralıq dənizində həyatını itirib. İlin sonunadək ölüm faktlarının artacağı istisna edilmir.

Ümumilikdə, 2016-cı ildə Aralıq dənizi vasitəsilə Avropaya 357.249 nəfər gəlib. Avropaya qeyri-qanuni yollarla daxil olmaq istəyən qaçqınların əksəriyyəti Yunanıstan vasitəsi ilə öz niyyətlərinə çatıb. İl ərzində bu ölkə 170 mindən çox miqrantı qəbul edib.

Qeyd edək ki, ötən il 3695 miqrant Avropaya gəlmək istəyərkən həyatını itirib

BIR CAVAB BURAXIN