Bu, III Dünya müharibəsinin səbəbi olacaq

0
541

Bu, III Dünya müharibəsinin səbəbi olacaq – Qlobal güclərə ÇAĞIRIŞ

Hipersəsli raketlərin qarşısıalınmaz yayılması böyük münaqişənin, xüsusi halda III Dünya müharibəsinin başlanmasına səbəb ola bilər.

Bu haqda “RAND Corporation” (ABŞ, Kaliforniya ştatı) analitik mərkəzinin məruzəsində deyilir.

Məruzədə deyilir ki, hipersəsli raketlər saatda 5 min kilometr sürətlə yerini dəyişdirməyə qadirdir. Bu halda, hava hücumundan müdafiə sistemləri onlara vaxtında reaksiya verə bilməyəcək.

Hipersəsli silahlar üzərində ABŞ, Çin və Rusiyada işləyirlər. Avropa, Yaponiya, Avstraliya və Hindistanda isə hipersəsli texnologiya ilə maraqlanmağa başlayıblar. “RAND Corporation” ABŞ, Çin və Rusiyaya hipersəsli silahının yayılmaması haqqında razılaşmanı imzalamağı təklif edir. Mərkəzdə hesab edirlər ki, hipersəsli texnologiya 10 ildən daha tez müddətə yayıla bilər.

Sentyabrda ABŞ-ın “Lockheed Martin” şirkətinin aeronavtika üzrə vitse-prezidenti Orlando Karvalo beynəlxalq aerotexnika sərgisində (ABŞ, Texas ştatı, Fort-Uert şəhəri) çıxış edərək bildirib ki, Birləşmiş Ştatlar hipersəsli inqilabının bir addımlığındadır.

Xatırladaq ki, hələ 2016-cı ilin sentyabrında “Taktik raket silahlanması” korporasiyasının (KTRV) baş direktoru Boris Obnosov “Kommersant” nəşrinə müsahibəsində bildirib ki, Rusiya artıq növbəti onilliyin başlanğıcında hipersəsli nüvə silahının sahibi ola bilər.

Boris Obnosovun sözlərinə görə, bu cür raketlərin yaradılması hava hücumundan müdafiə sistemlərini əhəmiyyətli dərəcədə zəiflədəcək.

Daha əvvəl Danimarkaranın “Jyllands-Posten” nəşri yazıb ki, Rusiyanın yeni supersilahı güc balansını pozacaq. Bu silahlar silah sənayesinin son yeniliyidir. Yeni hipersəsli raketlərin sürəti səsin sürətindən 12 dəfə çox olacaq, yəni sürət saatda 15 min kilometr təşkil edəcək. Hipersəsli nüvə raketləri raket əleyhinə bütün müasir müdafiə sistemlərini dağıdacaq. Müdafiə sistemləri raketə sadəcə olaraq reaksiya verə bilməyəcək.

“Hipersəsli raketlər Yer kürəsinin istənilən nöqtəsində istənilən hədəfi çox tez müddətdə vurmağa qadirdir. Raket əleyhinə müdafiə sistemləri müdafiə olunmaq üçün sadəcə vaxt tapmayacaq”, – Danimarka Hərbi Akademiyasının hərbi hava əməliyyatları bölməsinin başçısı Karsten Marrup Karsten Marrup “Jyllands-Posten” nəşrinin əməkdaşı ilə söhbətində deyib.

Onun sözlərinə görə, bu raketlər dünyada ən müasir müdafiə sisteminə malik ABŞ üçün də ekstremal çağırış olacaq: “Amerikalıların bugünkü raket əleyhinə müdafiə sistemi qitələrarası ballistik raketlərlə mübarizəyə hesablanıb. Mən əmin deyiləm ki, bu sistem hipersəsli raketə qarşı dura biləcək”.

Rusiyanın hipersəsli raketlər sahəsində işlərinə cavab olaraq amerikalılar artıq bir neçə ildir ki, dünyada ilk hipersəsli bombardmançının yaradılması üzərində işləyirlər. Belə təyyarəyə dünyanın hər hansı nöqtəsindəki hədəfi vurmaq üçün 30 dəqiqə lazım olacaq. Hipersəsli texnologiyası olmadan bunun üçün 18 saat lazım idi. Karsten Marrup vurğulayır ki, silahların inkişafının bu gedişatı əllərində ən müasir texnologiyaları cəmləyən dünya liderlərinin qarşısında yeni tələblər qoyur.

Onun sözlərinə görə, hipersəsli silahı birinci kimin əldə etməsi iki super dövlətin münasibətlərinə də təsir göstərəcək: “Əgər ruslar hipersəsli raketləri hazırlasa, dünyada güc balansında aşkar dəyişiklik olacaq və balans rusların xeyrinə olacaq. Amma ilk olaraq amerikalılar silahlanmaya hipersəsli bombardmançısını qəbul etsələr, o halda balans ABŞ-ın xeyrinə olacaq”.

Rusiya da Amerika tərəfindən hazırlanan qitələrarası hipersəsli silahdan olduqca narahatdır. Silah Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) dilində “qeyri-nüvə sürətli qlobal zərbə sistemi” (Conventional Prompt Global Strike) adlanır. Silah Vaşinqtona birinci nüvə zərbəsinə qaçmadan Moskvanı tərksilah etməyə imkan verəcək.

Moskvanın Karnegi Mərkəzində hərbi ekspert işləyən Vladimir Dvorkin fikrincə, Vaşinqton, Moskva və Pekin bir-biri ilə hipersəsli silahın hazırlanması məsələləri üzrə məsləhətləşməlidir.Publika.az

BIR CAVAB BURAXIN