Bu gün İçkeriya Çeçen respublikasının ilk prezidenti Cövhər Dudayevin ad günüdür!!

0
1228

Çeçenistanı azadlığa qovuşduran Cövhər Dudayev 1944-cü ilin fevral ayının 15-də Çeçenistanın Yalho kəndində dünyaya gəlmişdir. Həyata gözünün açar-açmaz rus zülmü ilə qarşılaşmışdır
23 fevral 1944-cü ildə Sibirə sürgün edilərkən anasının qucağında 8 günlük körpə uşaq idi.

Bəlkə də, Cövhər sürgündə olan ən kiçik körpə idi. Soğuq hava şəraiti səbəbindən sürgün edilənlərin demək olar ki, yarısı həyatını itirdi. Amma kiçik Cövhər möcüzə nəticəsində hələ də sağ idi. Günahkar olaraq doğulan Cövhər, Qazaxıstanın Çimkənt şəhərində 13 il yaşadı. O, anasının və atasının danışdığı Çeçenistanı həmişə yuxularında görərək böyüdü. 13 yaşında olan bu uşaq hələ öz doğma torpağını görməmişdi.

Cövhər Dudayev kimdir? - FOTOLAR

Qanlı diktator Stalinin ölümündən sonra imperiya, çeçenlərin haqsızlığa məruz qaldığını qəbul etdi və onların öz doğma torpaqlarına geri dönmələrinə icazə verildi. 1957-ci ildə reallaşan geri dönüş karvanına, Cövhər və ailəsi də qatıldı. 13 il əvvəl Stalinin ağlına da gəlməzdi ki, onun sürgün etdiyi 800.000 insanın arasından bir nəfər çıxacaq və Rusiyaya sözün əsl mənasında qan udduracaq. 13 yaşlı Cövhər və ailəsi onların evlərinə yerləşmiş rusları qovdular. Öz doğma torpağı ilə tanış olan Cövhər, illər sonra imtahanlardan uğurla keçdi və Tambov Hava Hərb məktəbinə daxil oldu. Məktəbi uğurla bitirən Cövhər, Sovet ordusunda gənc bir pilot olaraq xidmətinə başladı. Öz işində dürüstlüyü və bacarığı sayəsində Cövhər, qısa zamanda yüksəlməyə başladı. Cövhər daha sonra çox əzablı həyatını bölüşəcəyi Alla Dudayeva ilə evləndi. Alla, çeçen deyildi. Amma Cövhərin ölümündən sonra qürurla həyatını sürdürməsi bu gəlinin Çeçen adət ənənələrinə bağlı olduğunu göstərirdi. İllər keçmişdi və Cövhər öz vəzifəsində yüksəlmişdi. 1989-cu il idi. Sovet sistemində artıq ilk çatlar görünməyə başlamışdı. Qarbaçovun tətbiq etdiyi “Qlasnost” və “Prestroyka” siyasətləri kommunizmə gün saydırırdı. 1991-ci ilin sonunda gözlənən son, reallaşdı və Sovet imperiyası çökdü.

Cövhər Dudayev 1990-cı il noyabr ayında toplanan Çeçen Xalqının Qurultayına dəvət edildi. Sonra “Çeçen Milli Konqresi” adını alan bu xalq məclisinin icraiyyə şurasının sədri seçildi.
19-21 avqust 1991-ci ildə Qorbaçova qarşı başlayan uğursuz çevriliş təşəbbüsü zamanı çevriliş edənlərin əleyhinə çıxdı. Bundan sonra inqilabçılarla müttəfiq olan Çeçen-İnquş respublikası hökumətini devirmək üçün başlayan xalq hərəkatına rəhbərlik etdi. Demokratik qüvvələr, ziyalılar və bütün çeçen xalqı onu dəstəklədi. 27 sentyabr 1991-ci ildə keçirilən seçkilərdə 85% səslə Çeçenistanın prezidenti seçildi.
Rusiyanın 11 dekabr 1994-cü il tarixində Çeçenistana qarşı başladığı işğal və soyqırım hərəkatına qarşı Cövhər Dudayev “Axırıncı çeçen ölmədən ruslar ölkəmizə hakim ola bilməz” deyərək xalqına “cihad” əmrini verdi.

ahar Dudayev “Son çeçen canını vermədən ruslar ölkəmizə hakim ola bilməz” deyərək xalqını “cihad”a səslədi. Rusiya müdafi naziri həmin dönəm çeçen terrorçuların cəmi 2 saata məhv ediləcəyini dedi. Lakin  Dudayevin liderliyindəki çeçen xalqı, 2 ilə yaxın bir müddətdə şanlı bir azadlıq mübarizəsi apardı.  Rusiya müdafiə nazirinin 2 saata hər şey yoluna qoyulacaq dediyi məsələ, 2 il çəkdi və sonda 1996-cı ildə Çeçenistan ruslardan təmizləndi. Dudayev Qafqaz tarixində yeni bir səhifə açdı.

Lakin bu sevinc uzun çəkmədi. Bir neçə ay sonra Cövhər Dudayev öldürüldü. Cövhər Dudayev öldürülməmişdən əvvəl Türkiyə baş naziri Nəcməddin Ərbakanla görüşmüşdü. Baş nazir Dudayevə “Nec immersat-m” telefonu hədiyyə etmişdi. Elə bu telefon da onun sonu oldu. İddialara görə həmin telefon vasitəsiylə Cövhər Dudayevin yeri öyrənilirdi. Baş nazir Nəcməddin Ərbakanın bütün planlardan xəbərsiz olduğu deyilirdi. Dudayevə hədiyyə edilmiş bu telefon vasitəsiylə onun yeri CİA (Mərkəzi Kəşfiyyat İdarəsi) tərəfindən öyənildi və məlumatlar KGB-yə ötürüldü. Lakin məlumatın tam əldə edilməsi üçün telefonun uzun müddət siqnal göndərməsi lazım idi. Bunun üçün tək bir şey lazım idi. Dudayevin telefonu bir müddət məşğul olmalı idi. Bu vəzifəni də yüksək rütbəli biri həyata keçirdi. Dudayevlə baş tutan telefon danışığı uzun çəkdi. C.Dudayevin yeri tam öyənildi. Əldə edilmiş kordinata raket atəşi gerçəkləşdirildi. 21 aprel 1996-cı ildə əsgərlərlə görüşdən qayıdan Cövhər Dudayev öldürüldü. Cövhərin öldürülməsinə baxmayaraq çeçenlərin mübarizəsi bitmədi. Bu müharibə illərlə sürdü. Ölkədə hal-hazırda yaşayan çeçenlər, artıq hər əlli ildən bir mübarizənin yenidən baş qaldıracağına inanırlar.

Dudayevdən müsahibə almış Ağasi Hun deyir:
Cövhər Dudayev Azərbaycanlılar haqda: “Azərbaycanın mentaliteti, millətinin cəsarəti, əlverişli coğrafi şəraiti, çeçenlərdə olsaydı, mən dünyaya hökm edərdim”.
Cövhər Dudayev Azərbaycana çox ümid bəsləyirdi. Azərbaycanı çox sevirdi. Mən onunla çox görüşmüşəm. Bir dəfə SSRİ-nin keçmiş daxili qoşunlar komandiri general Sufyan Beppayev, Balkar Türklərinin “TÖRE” təşkilatının başqanı Bahauddin Etyazov – üçümüz birlikdə Cövhər Dudayevlə görüşdük. Dudayev gözəl bir söhbət elədi. Dedi ki, mən Qarabulaqlıyam.Qarabulaqlılar rus-Qafqaz savaşında ruslara ən çox müqavimət göstərən türk xalqıdır. Bu gün İnquşetiyada Karabulak şəhəri var. Bir çox xalqları tamamən məhv edən rus dövləti Qarabulaqlıların da tamamən yer üzündən silinməsi üçün əmr vermiş və bu xalqın sağ qalanları dağlara çıxaraq, Vaynaxların arasında əridilər. Bu zaman Qarabulaq adını Çeçen və İnquşların arasında tayfa və toxum adı olaraq qoruya bildilər. Azərbaycanda və bir neçə türkdilli ərazilərdə Qarabulaq adlı kəndlər çoxdur. Eləcə də bu adda Çeçenistanda da həm tayfa, həm də kəndlər var. Dudayev dedi ki, mənim pasportumda çeçen yazılıb, qardaşımın pasportunda inquş. Amma mən əslən Qarabulaq türküyəm. Ancaq mən türk olduğumu indi açıq şəkildə bəyan edə bilmərəm. Bu, gələcəyin işidir.
Teref.info

BIR CAVAB BURAXIN