“Bu dəfə qarşımıza qoyduğumuz bütün məqsədlərə nail ola bilmədik”

0
492

9 fevral 2020-ci ildə Milli Məclisə növbədənkənar seçkilər baş tutdu. Növbədənkənar seçkilərin keçirilməsi faktının özü Azərbaycanda parlamentarizmin və demokratiyanın inkişafı işində əhəmiyyətli dərəcədə tərəqqinin olduğunu göstərdi. Təəssüflər olsun ki, bu seçkilər ideal keçmədi. Mən və komandam qanun pozuntularının qeydə alınması üçün bütün imkanlardan istifadə etdik. Çox ciddi şəkildə, qanun çərçivəsində, təxribata yol vermədən və gələcəkdə seçki keçirilməsi təcrübəsini daha da yaxşılaşdırmaq naminə biz belə qanun pozuntuları haqqında hakimiyyət orqanlarına məlumat vermək üçün bütün imkanlardan istifadə edirik.

Mövcud problemlərin olmasına baxmayaraq, ümid edirəm ki, hakimiyyətin qanunverici orqanının yeni tərkibi onun üzərinə qoyulmuş etimadı doğruldacaq və islahatların hərəkətverici qüvvəsinə, Azərbaycanın inkişafı işində bizim Prezidentimizin etibarlı dayağına çevrilə biləcək.

Mənim üçün böyük şərəfdir ki, bu seçkilərdə minlərlə insan, mənim yerlilərim namizədliyimi dəstəklədilər. Sizin etimadınız və səmimi, təmənnasız dəstəyiniz mənim üçün çox dəyərlidir. Öz komandama da böyük minnətdarlığımı ifadə etmək istəyirəm: bu seçkiqabağı təbliğatı keçirməkdə mənə kömək edən, məni təbliğ edən çoxlu sayda peşəkarlara təşəkkür edirəm. Mənim namizədliyimi dəstəkləmək naminə namizədliyini geri götürən, mənim komandamın bir hissəsi olan, seçki günü bizə kömək edən namizədlərə çox minnətdaram. Ayrıca bizim müşahidəçilərə və komissiyamızın üzvlərinə minnətdarlıq etmək istəyirəm ki, belə mürəkkəb bir şəraitdə seçkilərdə insanların öz iradələrinin qanuni şəkildə ifadə etmələrinin müdafiəsinə qalxdılar. Elə düşünək ki, bu dəfə qarşımıza qoyduğumuz bütün məqsədlərə nail ola bilmədik, amma mən əminəm, bizim keçirdiyimiz seçki kampaniyası Azərbaycanda siyasi proseslərdə rəqabətliliyin inkişafı işinə öz töhfəsini verdi.

Siyasətdə qəti qələbə və məğlubiyyət olmur. Ona görə də seçkilərin nəticələrini bizim məğlubiyyətimiz kimi qəbul etməyin. İstənilən rəqəmlər şərtidir. Əldə edilən təcrübə, mənim yerlilərimlə səmimi görüşlərin istisi, böyük sayda könüllülərin və Suraxanı rayon sakinlərinin dəstəyi – bax, mənim üçün ən mühüm nəticə bunlardır. Məhz bu nəticələr göstərir ki, irəli getmək lazımdır.

Seçkilər başa çatır, lakin həyat davam edir. Seçki kampaniyası ərzində mən çoxlu tanınmış, səmimi, gözəl insanlarla tanış oldum ki, onlar həqiqətən yaxşı yaşamağa layiqdirlər. Bizim hamımızın vəzifəsi, icra və qanunverici hakimiyyətin, vətəndaş cəmiyyətinin, siyasətçilərin vəzifəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Konstitutsiyası ilə bizim bütün vətəndaşlarımıza vəd edilən hüquqları real təmin etməkdir.

Azərbaycan düzgün inkişaf yolundadır. Biz ölkəmizin necə yüksək templə inkişaf etdiyini görürük. Lakin tez-tez belə inkişaf tempi sabit olmur. Bəzi regionlar bizim dövlətin verdiyi imkanlardan istifadə edərək sürətlə, intrensiv şəkildə inkişaf edir. Amma, təəssüflər olsun ki, başqa regionlar öz inkişafına görə ümumölkə səviyyəsindən geri qalırlar. Ona görə, bundan sonra da öz imkanlarım daxilində çalışacağam ki, icra hakimiyyətlərinin diqqətini geridə qalan regionların, xüsusilə öz doğma diyarım Suraxanı rayonunun inkişafının intensivləşdirməsinin zəruriliyinə yönəldim. Çətinliklər bizi dayandırmır, əksinə, daha güclü edir, axı bizi Azərbaycanın və Suraxanı rayonunun inkişafı kimi işıqlı bir məqsəd hərəkətə gətirir.

Dəstəyə görə böyük minnətdarlıqla,

Ramil Kərimli

Arazinfo.com