Britaniyalıların əksəriyyəti Avropa İttifaqından çıxmağın tərəfdarıdır

0
314

«Guardian» nəşrinin və IMC şirkətinin birgə keçirdikləri sorğunun nəticələrinə görə, britaniyalıların əksəriyyəti ölkənin Avropa İttifaqını tərk etməsi fikrini dəstəkləyir.

Virtualaz.org «RİA Novosti»yə istinadən xəbər verir ki, sorğunun nəticələrinə əsasən, rəyi soruşulanların 53%-i «Brexit»in («Britaniya» və «exit» sözlərindən əmələ gəlmiş ifadə) tərəfdarıdır. Lakin sorğu iştirakçılarının 47%-i Aİ-dən ayrılmaq fikrində deyillər.

Xatırladaq ki, Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmayacağını müəyyənləşdirəcək referendum iyunun 23-də keçiriləcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

five + 2 =