Britaniyali baronessa vyetnamlı kişini uşaqla səhv salaraq qucağına götürdü

0
548

ritaniyalı baronessa və sahibkar Mişel Mon Vyetnamda olarkən uşaqla yaşlı kişini səhv salıb.

Virtualaz.org “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, baronessa kişini qucağına götürüb.

“Çox qəribə idi. Vyetnamda 3 min nəfərin qarşısında çıxış edirdim, fikirləşdim ki, 6 yaşlı uşaqdır, qucağıma götürdüm, o isə kişi imiş”, – Mişel Mon “Twitter” mikrobloqunda belə yazıb.

Hadisə bir vyetnamlının çıxışdan sonra qadın sahibkara gül dəstəsi təqdim etdiyi zaman baş verib. Sonradan “Daily Mail”ə müsahibə verən baronessa deyib: “Oğlan özü heç bir reaksiya vermədi. Toplaşmış insanlar isə qəhqəhə çəkib güldülər”.

Monun sözlərinə görə, kişini qucağına alandan sonra o hər şeyi anlayıb. Qadının sözlərinə görə, “uşağ”ın dişləri siqaret çəkməkdən sapsarı idi.

Hadisədən sonra mətbuatda məlumat dərc olunub ki, həmin vyetnamlının 46 yaşı var və birinci sırada oturmuş bir qadın britaniyalı baronessadan onun ərini rahat buraxmağı da tələb edib.

Lakin hadisənin “qəhrəmanı” özünün “Facebook” səhifəsində baş verənləri təsvir edərək bildirib ki, adı Nquen Tan Fatdır, 22 yaşı var, evli deyil, siqaret çəkmir və 6 yaşından sonra xarici görkəmi dəyişməyib.

BIR CAVAB BURAXIN