Böyük Britaniya Rusiyada vəziyyəti gərginləşdirmək istəmir

0
45

Böyük Britaniyanın Mİ-6 xarici kəşfiyyat idarəsinin rəhbəri Aleks Yanger deyib ki, ölkəsi qarşısına Rusiyada sabitliyi pozmaq məqsədi qoymayıb.

Arazinfo.com-un Röyters agentliyinə istinadən verdiyi məlumata görə,  məsələ ilə əlaqədar Yanger Şotlandiyadakı Sent-Endryus universitetindəki çıxışında deyib: “Mən qeyd etməliyəm ki Rusiyanın Böyük Britaniyanın daxilində sabitliyi pozmağa cəhd etməsinə baxmayaraq, biz onlara qarşı analoji hərəkətlərə baş vurmuruq. Biz ona çalışırıq ki, Rusiya səhv yolda olduğunu başa düşsün və belə hərəkətlərin heç bir dövlətə xeyir gətirmədiyini anlasın”.

Mİ-6-nın şefi eyni zamanda bir daha qeyd edib ki, Solsberidəki zəhərlənmə hadisəsinin arxasında Rusiya dayanır: ” Rusiya Böyük Britaniya ərazisində hərbi məqsədlər üçün nəzərdə tutulan kimyəvi silahdan istifadə edib”.