Böyük biabırçılıq: Aysel “Avrovision”da finala keçə bilmədi

0
368

Portuqaliyanın paytaxtı Lissabonda “Avrovision-2018” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

Azərbaycan təmsilçisi Aysel Məmmədova səhnəyə  birinci çıxaraq “X my heart” mahnısını ifa edib.  Çıxışlardan sonra keçirilmiş səsvermənin nəticələrinə əsasən, A.Məmmədova mahnı müsabiqəsinin finalına vəsiqə qazana bilməyib. Bu isə böyük biabırçılıq hesab edilə bilər. Çünki Azərbaycan bu günə kimi iştirak etdiyi “Avrovizion” yarışlarında həmişə ilk 8-likdə yer alıb. Əslində bu gözlənilən idi. Çünki hələ yarış ərəfəsində mütəxəssislər Ayselin mahnısının zəif olduğunu vurğulayırdılar. Açığını deyək ki, son illərdə ölkəmizin “Avrovizion” yarışlarında iştirakına dirnaqarası, əhəmiyyətsiz bir iş kimi baxırdılar. Xüsusi ilə İctimai televiziyada rəhbər dəyişikliyindən sonra “Avrovizion” yarışlarına seçim özbaşına buraxılmışdı. Bu da yarışlara təsadüfi daha dəqiq desək, kimlərinsə adamının göndərildiyi barədə şoxsaylı ehtimalların və şübhələrin əmələ gəlməsinə səbəb olmuşdu. Ayselin belə biabırçı şəkildə zəif çıxışı də bu şübhəlıərin əsassız olmadığını ehtimal etməyə imkan verir. Əlbəttə Ayselin belə zəif biabırçı çıxışına görə onu oraya göndərən təşkilatçılar məsuliyyət daşıyırlar və onlar da buna görə cavab verməli, layiq olduqları cəzanə almalıdırlar.

 

 

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

2 × 5 =