Boqdanov xəbərdarlıq etdi: Ciddi gərginlik…

0
181

Suriyada İsraillə İran cəbhəsinin yaranması, həmçinin, İsrail təyyarələrinin qeyri-qanuni olaraq İran qüvvələrinin nəzarəti altında olan bölgəyə daxil olması ciddi gərginliyə səbəb olacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov söyləyib.

“Əlbəttə, bu vəziyyətin nə Rusiyanın, nə də İsrailin xeyirinə olduğunu düşünürəm. Bu məsələ ilə bağlı Rusiya İsraillə danışıqlar aparmağa davam edir”, – M. Boqdanov bildirib.

Qeyd edək ki, İsrail İranı Suriyanı müharibə ocağına çevirməkdə günahlandıraraq İranın bu ölkədə yerləşən hərbi qüvvələrinə hücum edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

12 + seventeen =