Bjezinski: “Avrasiya İttifaqı dağılacaq, Rusiya isə…”

0
250


 

Avrasiya İttifaqının 10-20 il ərzində mövcud olacağı ilə bağlı şübhələrim var.

Axar.az xəbər verir ki, bunu “Gazeta.ru” saytına müsahibəsində amerikalı məşhur politoloq Zbiqnev Bjezinski söyləyib. Onun fikrincə, bu təşkilata üzv ölkələrin liderləri öz dünya görüşlərini dəyişsələr, Avrasiya İttifaqından heç nə qalmayacaq:

“Avrasiya İttifaqı həmçinin Rusiyanın Qərbi Avropa ilə münasibətlərinin normallaşdırılmasında lazımsız olacaq. Belə ki, Rusiya hökuməti ölkəni Avrasiya yox, Avropa dövləti kimi görür”.

Avropadakı seçkilərə toxunan politoloq populistlərin qitə üçün təhdid kəsb etdiyini bildirib:

“Əgər bir sıra əsas Avropa ölkələrində olan siyasi dinamika və tendensiyaları nəzərə alsaq, o zaman qitədə böyük iğtişaşlar yarana bilər. Məncə, bu proses lokal xarakter daşıyacaq. Populistlərin Avropada hakimiyyətə gəlməsinin qlobal stabillik üçün ciddi təhdid olacağını düşünmürəm”.

Bjezinski hazırda Çinin Rusiyadan daha önəmli ölkə olduğunu deyib:

“Əgər Amerika və Çin əməkdaşlıq etsə, Rusiyanın bu iki ölkəyə qoşulmaqdan başqa seçimi qalmayacaq. Bu, ilk növbədə Amerikanın maraqlarına uyğundur. Bu, həm də Rusiya üçün uzunmüddətli perspektivdə sərfəlidir”.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

nine + six =