Biz yalnız türk əsgərini istəyirik – ASO

0
686

İndiyə kimi bizə dəstək verən tək ölkə Türkiyədir. Biz yalnız türk əsgərinin yanımızda olmasını istəyirik.Axar.az xəbər verir ki, bunu Azad Suriya Ordusunun Hələb korpusu komandanı Taha Atrak deyib.

O, Suriyanın İŞİD və PYD-dən yalnız türk əsgərinin yardımı ilə xilas ola biləcəyəni qeyd edib:“Hazırda Çobanbəydəyik. Amerikalı əsgərlər bizimlə birgə döyüşmək istədi. Lakin qəbul etmədik. Onlar bizə quruda kömək etməsinlər. PYD-yə dəstək verib, bizim yanımızda olmalarını istəmirik. Biz yalnız türk əsgərini istəyirik”.

Qeyd edək ki, “Fərat qalxanı” əməliyyatı çərçivəsində ASO sürətlə Əl-Baba doğru irəliləyir.

 

BIR CAVAB BURAXIN