Bir zamanlar bütün Avropanı heyrətləndirən qeyri-adi uşaqlar

0
625


Arazinfo.com Moderator.az -a istinadənbir zamanlar bütün Avropanı, eləcə də, bütün dünyanı təəccübləndirən, barələrində əfsanələr qoşulan qeyri-adi uşaqlar haqqında yazını təqdim edir:
 
Gregory Smit – 12 yaşında Nobel mükafatına namizəd göstərilmiş bir insandır. Gregory 10 yaşında ikən  universitetə başlayıb, bununla da kifayətlənməyib boş zamanlarında  ölkə-ölkə gəzərək sülh və uşaq hüquqlarını müdafiə edib. “Beynəlxalq Gənclik müdafiəçiləri dərnəyi”ni təsis edir. Bu sahədə gördüyü işlər səbəbiylə 4 dəfə Nobelə namizəd göstərilib.
Maykl  Kevin Kerni – Maykl 10 yaşında universitet məzunu olub. 17 yaşında da  universitetdə müəllim kimi fəaliyyətə başlayıb. Qırdığı dünya rekordlarıyla və 24 yaşında qazandığı “Kim 1 milyon istər?” yarışması ilə tanınır. “Universitetlərin ən gənc məzunu kimi” Ginnesin Rekordlar Kitabına düşür. 6 aylıqkən həkimə “sol qulağımda bir infeksiya var” cümləsini demişdi. Bu şəxs haqqında ictimai mediada çox  bəhs edilib. “Kim 1 milyon istər?” yarışmasında, son sualda telefon haqqını istifadə edən Maykl atasını axtarır. Bütün hər kəs onun suala cavab tapmaq üçün telefon haqqını istifadə etdiyini düşünərkən Maykl “ata 1 milyon dolları aldım, evə gəlirəm” deyib doğru cavabı verir.
 
Uillyam Cosef Mosconi-Uillyamın ləqəbi “Mobil bilyardçı” olub. Çünki, bu  adam 6 yaşında professional bilyardçı olmağı bacarmışdı. Atası bilyard masasını istifadə etməsinə icazə verməyəndə, o kartoflarla bilyard qabiliyyətini artırarmış. Bilyard masasına boyu çatmayan Uillyamın altına bir kürsü qoyarlarmış. Hazırda o dünyanın ən güclü bilyard ustası hesab olunur.
Eliana Smith-Eliana 7 yaşında ikən şəxsən  özü  radioda bir proqram açır. Bütün ağırlığı və məsuliyyəti  üzərinə götürür və proqramın xarakterinə uyğun şəxsi psixoloq missiyasını şəxsən özü yerinə yetirir. Yaşlı adamların, qadınların dərdlərini, problemlərini  dinləyib onlara nəsihət verir, yol göstərir. Yaşına baxmayaraq, verdiyi  nəsihət böyüklərə təsir edər,  hamını heyrətə gətirərdi.. Buyurun  sizə Elianadan bir öyüd-nəsihət: “Onun üçün kədərlənməyə dəyməz, həyat bir nəfərin arxasından ağlayacak qədər uzun deyil” ..
Elmin Nuri

BIR CAVAB BURAXIN