Bir sıra paytaxt küçələrində piyada gəzmək qadağan olundu

0
585

“İyunun 12-si gecə saatlarından başlayaraq paytaxt Bakıda bir sıra mərkəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə qoyulan tam məhdudiyyət piyadalara da şamil edilir. Həmin ərazilər artıq qapalı ərazilərdir”. Bunu ANS PRESS-ə müsahibəsində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYP) İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov deyib. Onun sözlərinə görə, həmin ərazilərə ancaq yarışlara baxmaq üçün bileti olanlar və ərazidə yaşayan vətəndaşlar daxil ola bilərlər: “Bu hissələr Bakı Şəhər Halqasına aid olan ərazilərdir və ciddi mühafizə edilir. Hərəkəti məhdudlaşdırmaq üçün həmin əraziyə beton dirəklər də qoyulub”.

Vaqif Əsədov onu da bildirdi ki, Dənizkənarı Milli Parka giriş ayın 21-də bərpa ediləcək.

Bu gündən Bakının küçələri bağlandı

Bakı Şəhər Halqasının bir müddət əvvəl yaydığı məlumata görə,Formula 1 Avropa Qran Prisi ərəfəsində Bakı Şəhər Halqasının keçdiyi küçələrdə və trekin əhatə etdiyi ərazilərdə nəqliyyatın hərəkətinin dayandırılacağı bildirilib.

Hazırlanan plana əsasən Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 14-ü gecə saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Bu yerlərdə nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət iyunun 21-i səhər saat 06:00-da aradan qaldırılacaq.

Formula 1 Şəhərciyinin olduğu Milli Dənizkənarı Park ərazisi iyunun 15-i gecə saat 00:00-dan etibarən bağlı olacaq. Burada əhalinin girişinə qoyulmuş məhdudiyyət iyunun 20-i günorta saat 12:00-da aradan qaldırılacaq. Yarışa bileti olan azarkeşlər Dənizkənarı Park ərazisinə iyunun 16-ı günorta saat 12:00-dan etibarən daxil ola biləcəklər.

BIR CAVAB BURAXIN