Bir baxışda kişiləri dəli edən, tez-tez aşiq olan YƏHUDİ GÖZƏLİ – FOTO/VİDEO

0
1401

Bir baxışda kişiləri dəli edən, tez-tez aşiq olan, seksdən doymayan YƏHUDİ GÖZƏLİ

Fransız gözəlləri artıq bir neçə əsrdir ki, dünya gözəllik anlayışının zirvəsində qərar tutublar. Zərifliyi, xanımlıqları, dəb anlayışı, kübarlığı bu qadınları daim digər millətdən olan həmcinslərindən fərqləndirib. Təsadüfi deyil ki, fransız aktrisaları da dünya səviyyəsində daha çox seviliblər, ən əsası illər keçsə də dəbdən düşməyərək, insanların xatirələrində qalmağı bacarıblar. Bunlardan biri yəhudi əsilli, yunan üzlü, fransız gözəli Anuk Emedir.

Fransuaze Yudid Sorye Dreyfus “Dəzin sahilində ev” filmində debüt edəndə cəmi 14 yaşındaydı. Dərhal tamaşaçıların diqqətini çəkən bu zərif gözəlliyin uzun adı rejissorların heç xoşuna gəlməmişdi. Beləcə, o, özünə Anuk Eme səhnə adını götürür. Xəyalında balerina olmaq istəyi yaşasa da, aktyor ailəsində böyüməyi tezliklə bu arzunu “öldürür”. Daha doğrusu, onu yaşatmağa vaxtı belə olmur. Bir-birinin ardınca filmlər, tamaşaçı sevgisi, kişilərin heyranlığı onun bütün düşüncələrini aktrisalığa bağlayır.

Hələ 8 yaşındaykən doğma Parisin almanlar tərəfindən işğalı zamanı onun yəhudi ailəsi də çox əziyyətlər çəkib. Nənə və babası qorxunc Osvensim həbsxasnasında həlak olublar. Bundan sonra isə faşistlər şəhəri tərk edənə qədər ailə qorxu içində yaşayıb. Yaxınlarının ölümü, uşaqlıqda yaşadığı qorxu onun simasına da sirayət etmişdi. Onun kədərli gözləri, ciddi cizgiləri isə bundan korlanmaq yerinə, bir az cazibə qazandırmışdı. Deyilənə görə, hər kişi Anukun gözlərinə dik baxmağa cəsarət edə bilməzdi, edən isə mütləq aşiq olurdu. Məşhur rejissor Federiko Fellinin sevimlisinə çevrilmiş Anuk tezliklə onun sayəsində bütün dünyaya tanınır. Xüsusilə “Şirin həyat” filmindəki möhtəşəm obrazı onu təcrid olunmuş SSRİ də daxil olmaqla dünyaya sevdirir. Maraqlıdır ki, aktrisa yalnız bu filmində sarışın və dolu bədənli olub, sonralar əsmər və əsl fransız qadınına məxsus zərif bədənə sahib olsa da dünya onu məhz bu filmdəki kimi yadda saxlayırdı. Həmin dövrdə isə italyan gözəlliyinin – dik sinəli, bol makiyajlı gözəllərin dəbi idi, üstəlik Fellinin idealı beləydi. Ta ki aktrisanın növbəti şedevrinə – “Kişi və qadın” filminə qədər. Fransız qadınları gözəlliyi təbiilik və zəriflikdə gördükləri üçün Anuk öz torpağının rəmzi görünüşünə qayıdır. Bu filmin süjeti, musiqisi, geyimləri tezliklə dilləri dolaşır. Burada Anuk artıq tamamilə başqa – ciddi obrazda, fərqli görünüşdə idi. Klod Leluşun çəkdiyi bu film 1966-cı ildə Kann festivalında “Qızıl Palma” alıb. Bir il sonra isə bu filmdəki roluna görə “Qızıl qlobus”a layiq görülüb. Anuk Emeni təqlid etmək asan məsələ deyildi. Ümumiyyətlə, bu qadın çox dəbdəbəli geyinməyi, brend paltarları sevmirdi. Sadə görünmək, kübar davranmaq onun əsas cazibəsi idi. Amma “Kişi və qadın” filmindən sonra bütün Avropa qadınları özünü ona bənzətməyə çalışırdılar. Hələ filmdə geyindiyi dublyonka neçə-neçə xəz şirkətinə xeyli gəlir gətirmişdi. Çünki Avropa, onun ardınca Amerika, daha sonra isə SSRİ-də belə dublyonkalar dəbə düşmüşdü.

Şəxsi həyatına gəlincə, Anuk tez-tez aşiq olan qadın idi, amma qısa müddətə sevgisi soyuyurdu. Münasibətinin “şirini gedəndən sonra” acı saqqız kimi onu uzatmağı sevmirdi. Bir neçə dəfə ailə qurmuşdu. Amma bütün yəhudilər kimi kökünə bağlı idi: övladını məhz yəhudidən dünyaya gətirmişdi, 1949-cu ildə ərə getdiyi yəhudi əsilli sıravi fransız kişi Eduard Zimmermandan. Əri ilə evliykən atası yaşında olan rejissor Trevor Hovarda aşiq olduğu üçün boşanır. Amma boşanma müddəti bitdikdən sonra başqa bir rejissor Niko Papatakisə ərə gedir. Yəni onun sevgisi ildırım sürətli idi: biri bitməmiş digəri başlayırdı.

Hazırda Anuk Eme 85 yaşındadır. Amma bu yaşında belə gözəlliyini, zərifliyini qorumuş xanımlardandır.

BIR CAVAB BURAXIN