“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin nümayəndələri ön xətdə yerləşən hərbi hissədə olublar

0
505

Ön xətdə yerləşən “N” hərbi hissəsində Müdafiə Nazirliyinin və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Arazinfo.com-un verdiyi xəbərə görə, Müdafiə Nazirliyinin, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin, Tərtər rayon İcra Hakimiyyətinin nümayəndələrinin və hərbi hissənin şəxsi heyətinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.
Nazirliyin nümayəndələri çıxışlarında xüsusi vurğulayıblar ki, ordu və cəmiyyət həmişə biri-birini tamamlayıb. Xalq orduya güvənib, ordu xalqa arxalanıb.
İctimai birliyin təmsilçiləri də Azərbaycan regionda ən güclü orduya malik  olması ilə qürur duyduqlarını bildirib, ona olan sonsuz inamdan danışıblar. Qeyd edilib ki, əlillik insanın hərəkətini əngəlləyən və ya məhdudlaşdıran bir anlayışdır. Bunun onların Vətən sevgisi ilə döyünən ürəklərinə heç bir təsiri yoxdur.
Sonra tədbir konsert proqramı ilə davam edib.
Hərbi hissənin rəhbərliyi adından tədbirin təşkilatçılarına fəxri fərmanlar təqdim edilib.
Sonda qonaqlar əsgər süfrəsinə dəvət olunublar.

BIR CAVAB BURAXIN