Beynəlxalq Valyuta Fondu Ukraynaya 4 milyard dollar kredit ayırıb

0
54

Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya 4 milyard dollar kredit ayırıb

Arazinfo.com-un TASS-a istinadən verdiyi məlumatına görə, Beynəlxalq Valyuta Fondunun Direktorlar Şurası stand-by mexanizmi əsasında Ukraynaya 14 ay ərzində 4 milyard dollar kredit ayırıb. Bu kreditin ilk hissəsi 1.4 milyard dollar yaxın günlərdə Ukraynaya çatdırılacaq. Qalan hissə isə ölkədə keçiriləcək iqtisadi islahatların nəticələrinə uyğun şəkildə hissə-hissə Ukraynaya veriləcək.