“Beşiktaş”dan səfər qələbəsi – Gecənin nəticələri

0
582

“Beşiktaş”dan səfər qələbəsi

Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun növbəti oyunları keçirilib.

Keçirilən 8 matçda qapılara 25 qol vurulub. Azərbaycanda da yetərincə azarkeşi olan Türkiyənin buradakı yeganə təmsilçisi “Beşiktaş” da turun ikinci günü meydana çıxıb. İstanbul klubu Portuqaliyada “Porto”nun qonağı olub. Səfərdə oynamasına baxmayaraq, inamlı təsir bağışlayan Şenol Güneşin yetirmələri 3:1-i bayram ediblər

“Mançester Siti”, “Real Madrid”, “Şaxtyor” və “Tottenhem” də turnirə qələbə ilə başlayıb.

Nəticələri təqdim edirik:

E qrupu

“Maribor” (Sloveniya) – “Spartak” (Rusiya) – 1:1

Qollar: Bohar, 85 – Səmədov, 59

“Liverpul” (İngiltərə) – “Sevilya” (İspaniya) – 2:2

Qollar: Firmino, 21, Salah, 37 – Ben Yedder, 5, Korrea,72

F qrupu

“Feyenord” (Hollandiya) – “Mançester Siti” (İngiltərə) – 0:4

Qollar: Con Stons, 2, 63, Aquero, 10, Qabriel Jesus, 25

“Şaxtyor” (Ukrayna) – “Napoli” (İtaliya) – 2:1

Qollar: Tayson, 15, Ferreyra, 58 – Milik, 72 (pen.)

G qrupu

“Leypsiq” (Almaniya) – “Monako” (Fransa) – 1:1

Qollar: Forsberq, 33 – Tilemans, 34

“Portu” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə) – 1:3

Qollar: Tosiç, 21 (öz qapısına) – Taliska, 13, Cenk Tosun, 28, Babel, 88

H qrupu

“Real Madrid” (İspaniya) – APOEL (Kipr) – 3:0

Qollar: Ronaldo, 12, 51 (pen.), Ramos, 61

“Tottenhem” (İngiltərə) – “Borussiya Dortmund” Almaniya) – 3:1

Qol: Son, 4, Keyn, 16, 60 – Yarmolenko, 11

BIR CAVAB BURAXIN