“Beşiktaş” Yunanıstandan sərfəli nəticə ilə dönür

0
560

 

Avropa Liqasında 1/8 final oyunları çərçivəsində 8 görüş baş tutub.

 

Türkiyə çempionu “Beşiktaş” Yunanıstanda “Olimpiakos”un qonağı olub. “Qara qartal” səfərdən sərfəli nəticə ilə dönüb – 1:1.

 

Avropa Liqasının qalibi olmağa əsas namizədlərdən sayılan “Mançester Yunayted” səfərdə “Rostov”la qarşılaşıb. “Qırmızı şeytanlar” da heç-heçə ilə razılaşıblar – 1:1.

 

Bu mərhələnin maraqlı oyunları sırasında “Lion” – “Roma” matçı da baş tutub. Meydan sahbiləri 4:2 hesablı qələbəyə seviniblər.

 

Futbolsevərlər Almaniya və Belçika duellərinin də şahidi olublar. “Şalke” Mönhenqladbax “Borussiya”sı ilə heç-heçə oynayıb (1:1), “Gent” isə Belçikanın digər təmsilçisi “Genk”lə görüşdə darmadağına üzülüb – 2:5.

 

 

Avropa Liqası

1/8 final mərhələsinin ilk oyunları

9 mart

 

 

APOEL (Kipr) – “Anderlext” (Belçika) – 0:1

Qol: Stansiu, 29

Baş hakim: Manuel de Souza (Portuqaliya)

 

“Kopenhagen” (Danimarka) – “Ayaks” (Hollandiya) – 2:1

Qollar: Falk, 1, Kornelius, 60 – Dolberq, 32

Baş hakim: Artur Dias (Portuqaliya)

 

“Rostov” (Rusiya) – “Mançester Yunayted” (İngiltərə) – 1:1

Qollar: Buxarov, 53 – Mxitaryan, 35

Baş hakim: Feliks Zvayer (Almaniya)

 

“Selta” (İspaniya) – “Krasnodar” (Rusiya) – 2:1

Qol: Vass, 50, Biyuvi, 90 – Kleason, 56

Baş hakim: Kreyq Tomson (Şotlandiya)

 

“Gent” (Belçika) – “Genk” (Belçika) – 2:5

Qollar: Kalu, 27, Kulibali, 61 – Malinovski, 31, Kolle, 33, Samata, 41, 72, Uronen, 45+2

Baş hakim: Paolo Taqliavento (İtaliya)

 

“Lion” (Fransa) – “Roma” (İtaliya) – 4:2

Qollar: Diaxabi, 8, Tolisso, 47, Fekir, 74, Lakazette, 90+2 – Salah, 20, Fazio, 33

Baş hakim: Antoni Teylor (İngiltərə)

 

“Olimpiakos” (Yunanıstan) – “Beşiktaş” (Türkiyə) – 1:1

Qollar: Kambyasso, 37 – Abubakar, 54

Baş hakim: Danni Makkelie (Hollandiya)

 

“Şalke” (Almaniya) – “Borussiya” (Mönhenqladbax, Almaniya) – 1:1

Qollar: Burqstaller, 25 – Hoffman, 15

Baş hakim: Byörn Kuypers (Hollandiya)

 

BIR CAVAB BURAXIN