Beriyanın intim həyatına cavabdeh olan erməni polkovnik

0
598

O, Lavrenti Beriyanın intim həyatına cavabdehlik daşıyıb. Beriyanın xoşuna gələn xanımı nəyin bahasına olursa olsun onun hüzuruna gətirmək, şefinin əyləncəsini lazımınca təşkil etmək, intim əlaqədən sonra xanım hamilə qalarsa, onu aborta aparmaq, Beriyanın məşuqələrinə çevrilən qadınların ailəsində problem yarananda qardaşlarını, ərlərini, atalarını çox asanlıqla həbs etdirmək, Beriyanın həyat yoldaşının ərinin siflis xəstəliyinə tutulması ilə bağlı və digər suallarına istehza ilə cavab vermək və bu kimi məsələlərin həlli məhz onun üzərinə düşüb. Təbii ki, Beriya bu “kadr” seçimində yanılmayıb. Çünki bu cür işlərin öhdəsindən yalnız o gələ bilərdi, özü də yüksək peşəkarlıqla – erməni polkovnik Rafael Sarkisov…

 

Arazinfo.com Modern.az saytına istinadən daha bir murdar xislətli erməni, Rafael Sarkisov haqqında yazını təqdim edir.

 

Əslində Rafael Sarkisov Lavrenti Beriyanın şəxsi mühafizəsinin rəisi olub. “NKVD” türməsində sıravi sürücülükdən xidmət rəisliyinə, polkovnik rütbəsinə qədər sürətlə irəliləyən Sarkisov “istənilən işə qol qoyan” bir kadr kimi tanındığından Beriya onun “xidmətlər”indən yetərincə yararlanıb.

 

Gəncədə anadan olan Sarkisov fəhlə ailəsində böyüyüb. 6 sinif bitirdikdən sonra bir müddət atası ilə birgə fəhləlik edib. Sonrakı həyatını isə Moskvada “NKVD”-yə bağlayıb. Anastas Mikoyanla qohumluq əlaqəsi Sarkisovun həyatında böyük rol oynayıb. Bir müddət Lubyankada sürücü işlədikdən sonra Beriyanın mühafizəçisi, şəxsi sürücüsü, daha sonra isə mühafizə xidmətinin rəisi vəzifəsində çalışıb.

 

Hələ “NKVD”-nin türməsində güllələnməyə məhkum olunanları icra yerinə daşıyan xüsusi maşının sürücüsü işləyərkən Sarkisov güllələnmə prosesində könüllü olaraq fəallıq göstərib. Öz arzusu ilə bu prosesdə iştirak etməyi, böyük həvəslə kimisə güllələmək istədiyini gizlətməyib. Bu “arzu”ya görə onu alqışlayıblar, irəli çəkiblər.

 

Zaman-zaman Sarkisovun amansızlığı, qəddarlığı, qudurğanlığı daha geniş miqyas alıb. Haqlı-haqsız törətdiyi əməllər bəzən böyük söz-söhbətlərə səbəb olub, hətta məsələ o yerə çatıb ki, Sarkisovun özünün həbs olunması, ən azı xidmətdən xaric edilməsi məsələsi gündəmə gəlib. Ancaq Beriyanın dəstəyi, Mikoyanın qayğısı Sarkisovu bütün təhlükələrdən xilas edib.

 

Beriya nə qədər yüksək və məsul vəzifələrdə çalışsa da öz əyləncələrinə yetərincə vaxt ayırıb. Və bu vaxtın “səmərəli” keçməsində Sarkisovun əməyi danılmaz bir faktdır. Sarkisovun istintaqa verdiyi ifadələrə görə, Beriya vaxtaşırı öz xidməti avtomobili ilə şəhərdə gəzib dolaşmağı çox xoşlayıb. Bu gəzinti zamanı hansı qadın onun hədəfinə keçibsə o, mütləq şəkildə Beriyanın hüzuruna gətirilib. Bu prosesin icrası Sarkisovun üzərinə düşüb.

 

Sarkisovun istintaqa verdiyi ifadələrin protokolundan sətirlər:

“18 il ərzində Beriyanın mühafizəsində xidmət etmişəm. Ona yaxın olan bir adam kimi Beriyanı əxlaqsız və haqsız şəxs kimi xarakterizə edə bilərəm. Berianın hər cür təsadüfi qadınlarla çoxsaylı əlaqələrini bilirəm.

 

Beriya Subbotina adlı bir tanışının rəfiqəsi ilə yaxınlıq edirdi. Həmin xanım hərbi attaşenin həyat yoldaşı idi. Bu yaxınlıqdan bir müddət sonra mən Beriyanın Abakumovla telefon danışığını eşitdim. Beriya Abakumovdan təkidlə həmin xanımın nəyə görə hələ də azadlıqda olduğunu, həbs edilmədiyini soruşurdu.

 

Beriya Xarici Dillər institutunun tələbəsi Maya Malışeva ilə yaşayırdı. Tələbə qız hamilə idi. Beriyanın göstərişi ilə o, abort olundu.

 

Tbilisidə olarkən Beriya Maksilişvali soyadlı xanımla yaxınlıq edirdi. Onların bir uşağı da olmuşdu. Yenə də Beriyanın göstərişi ilə həmin uşağı Moskvaya aparıb uşaq evinə təhvil verdik.

 

Daha sonra, Beriya Sofiya adlı bir qadınla yaşayırdı. Həmin qadının əri hərbçi idi, özü də Sovet İttifaqı Qəhrəmanı. Adını unutmuşam. Həmin qadın da Beriyadan hamilə idi. Beriya “MVD”-nin sanitar hissəsinin rəisi vasitəsi ilə Sofiyanı abort etdirdi. Qəhrəmanın taleyi isə məlum olmadı.

 

Beriya məktəbli qızı da zorlamışdı. Səhv etmirəmsə, soyadı Drozdova idi. Onu çprək alıb qayıdanda görmüşdü. Həmin qızı da Beriyanın kabinetinə mən gətirmişdim.

 

Beriyanın bu cür əlaqələri həddindən artıq çox olub.

Onun göstərişi ilə yaşadığı qadınların siyahısını tuturdum. Bir müddət keçdikdən sonra həmin siyahıları ləğv etməyimi tapşırırdı. Həmin siyahılardan birini saxlamışam.

 

Mən, beləliklə, xidmət etdiyim illərdə Beriyanın qadınlarla aradüzəldəni vəzifəsini icra edirdim. Və tez-tez düşünürdüm ki, bu cür əxlaqsız insan hökumətdə necə vəzifədə otura bilər.

 

Təxminən iki il öncə Beriyanın həyat yoldaşı mənə bildirdi ki, əri fahişələrlərdən siflis xəstəliyinə yoluxub, onu “MVD”-nin poliklinikasının həkimi Yuri Borisoviç müalicə edib. Bu haqda məmin də məlumat var idi…”

 

Polkovnik Sarkisovun ifadəsinə görə, onda Beriyanın hədəfinə düşən qadınların 3 siyahısı olub. 1-ci siyahıda 39, 2-cidə 75, 3-cüdə 115 qadının adı, soyadı, ünvanları və telefonları göstərilib. Məhz bu siyahıda olan qadınların Beriyanın kabinetinə, evinə, bağına gətirilməsində erməni polkovnikin rolu olub.

 

İstintaq zamanı ağasını qara qəpiyə satan Sarkisov Beriyanın qadın seçiminə də toxunub:

“Beriya “ov”a çıxarkən adətən göstəriş verirdi ki, maşını yavaş sürüm və pəncərədən diqqətlə ətrafdakı qadınları seyr edirdi. Onun üçün yaş fərqi, sosial durum, siyasi mənsubiyyət, ailə vəziyyəti qətiyyən maraqlı deyildi. Əsas o idi ki, xarici görnüşü xoşuna gəlsin. Dərhal göstəriş verirdi ki, işə başlayım. Mən də öz növbəmdə həmin qadınla bağlı bütün məlumatları, iş yeri, yaşayış yeri, telefon nömrəsini öyrənirdim. Görüşürdüm, vəziyyəti agah edirdim. Kiçicik bir etiraz olduqda güc hesabına maşına qoyub ünvana çatdırırdım. Beriyanın hüzurunda qadınlar problem yaradanda o, özünün metodları ilə qarşısındakını çox asanlıqla ram edə bilirdi. Çünki Beriya istənilən vaxt istədiyi insanı nəinki həbs etdirmək, eləcə də öldürmək imkanına və vicdanına malik idi. Əslində Beriyanın yatağına uzanan qadınlar heç də fahişələr deyildilər. Bu yataq ölümə qarşı aparılan mübarəzinin son çıxış yolu idi…”

 

Sarkisov şefinə göstərdiyi “xidmətlər”in müqabilində Moskva kimi bir şəhərdə çox şeylər qazanıb, zəngin həyat yaşayıb. Ən əsası isə gələcəyinə çox ümidlə baxıb, daha yüksək vəzifəyə qalxmaq, general rütbəsi daşımaq ümidləri ilə…

 

Ancaq zaman hər şeyi yerbəyer edir.

Beriyanın həbsindən sonra erməni polkovnikin nə vaxtsa işlədiyi “NKVD” türməsi qapılarını Sarkisovun üzünə yenə də açır, ancaq bu dəfə vətənə xəyanət maddəsi ilə ittiham olunan cani kimi. Bu dəfə də Mikoyan ona dayılıq edir. Sarkisov ən ağır cəzadan qurtularaq 10 il azadlıqdan məhrumetmə çəzasına məhkum olunur. Həbsxanaya girəndən bir neçə ay sonra Sarkisov dözməyərək dəmir barmaqlıqlar arasında dəli olur. Bu vəziyyətdə isə ona, həmin ərəfədə özünü Xruşova calamaqla məşğul olan Mikoyan da kömək edə bilmir.

 

Bu ərəfədə Sarkisova qarşı ən “etibarlı” adam isə Beriya çıxır. Beriya SSRİ-nin Baş prokuroru Rudenkonun qarşısında əli qandallı olan bir vəziyyətdə də Sarkisovun xidmətlərini unutmur: “Mən qadınların arxasınca əsasən Sarkisovu göndərirdim. O isə mənim tapşırığımı lazımi səviyyədə icra edirdi…”

BIR CAVAB BURAXIN