Belarus ilə Rusiya vahid dövlətdə birləşməyəcək

0
482

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Rusiya ilə birləməsi məsələsinin gündəmdə olmadığını deyib.

Arazinfo.com-un  TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Lukaşenko 2019-cu ildə Belarusun sosial iqtisadi inkişafına həsr edilən müşavirədəki çıxışında deyib.

Aleksandr Lukaşenko  qeyd edib ki, Belarus və Rusiya iki müstəqil qardaş ölkədir və onlar dinc yanaşı yaşama siyasətini davam etdirəcəklər: “Biz Rusiya prezidenti Vladimir Putinlə ölkələrimiz arasında əlaqələrin əsas inkişaf istiqamətlərini müəyyən etmişik və planımızda iki ölkənin vahid dövlətdə birləşdirilməsi məsələsi yoxdur”.