Bazar ertəsi günü Kataloniya müstəqilliyini elan edə bilər

0
511

Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon muxtariyyət parlamentini Madridin son qərarına cavab tədbirlərini müzakirə etməyə çağırıb.

RİA “Novosti” xəbər verir ki, K.Puçdemonun bəyanatında deyilir: “Özünüidarəetmə və demokratiyanı ləğv etmək cəhdini müzakirə edərək, müvafiq addımlar atmaq üçün parlamentdən plenar iclas keçirməyi xahiş edirəm. Kataloniya xalqı təhlükə ilə üzləşib, təsisatlarımızı dinc və sivil şəkildə müdafiə etməliyik”.

Analitiklər həmin iclasda Kataloniyanın müstəqil dövlət elan edilməsinin mümkünlüyünü qeyd edir.

Xatırladaq ki, şənbə günü İspaniyanın Nazirlər Şurası keçirdiyi təcili iclasda Konstitusiyanın Kataloniyanın muxtariyyətinin ləğvinə imkan verən 155-ci maddəsinin tətbiq edilməsi barədə qərar qəbul edib. Nazirlər Kabinetinin qərarı Kataloniya hökumətinin idarəçilikdən kənarlaşdırılmasını, bölgədə növbədənkənar parlament seçkilərinin keçirilməsini nəzərdə tutur.

Lakin bu qərar Senat tərəfindən təsdiq olunmalıdır.  İspaniya parlamentinin yuxarı palatası növbəti iclasını oktyabrın 27-də keçirəcək.

BIR CAVAB BURAXIN