Bayram bazarlığı: Çiyələk 50 manata satılır

0
409

Bayram bazarlığı: Çiyələk 50 manata satılır - REPORTAJ (FOTOLAR)

Yeni ilin gəlişinə sayılı günlər qalıb. Hər kəs bayram bazarlığına hazırlaşır. Kimi bazarlara, kimi də marketlərə üz tutur.

Bayramqabağı qiymətlər necədir? Bir ailənin bayram bazarlığına nə qədər pul lazımdır?

AzVision.az-ın əməkdaşları paytaxtın mərkəzində yerləşən “Təzə bazar”a baş çəkərək qiymətlərlə maraqlanıblar.

Məhsulun keyfiyyətinə və gətirildiyi ölkəyə görə qiymətlər dəyişir. Satıcılarla söhbət zamanı məlum oldu ki, meyvələrin qiymətində nisbətən bahalaşma hiss olunur.

Bundan əvvəl bir kiloqramı 1 manat 50 qəpiyə satılan banan indi 3 manata alıcılara təklif olunur.

Portağal 2-3, kivi 3-5, armud 3-4, heyva 3-5, feyxoa 3-4, üzüm 6, ananas 5, çiyələk 50, xurma 1-2 manata satışa çıxarılıb. Narın qiyməti isə 50 qəpik – 8 manatdır.

Satıcı Əkbər İsmayılovun sözlərinə görə, sakinlər daha çox yerli məhsullara üstünlük verirlər. Bayramqabağı ən çox təlabat olan məhsullardan biri düyüdür. Məclislərin şahı olan plovu dəmləmək üçün istifadə olunan düyünün 1 kiloqramı 2 manatadır. İmkanlı alıcılar üçün bir qədər bahalı düyü də tapmaq olar.

Bazarda ətin qiymətilə də maraqlandıq. Hazırda mal ətinin bir kiloqramı 11 manata təklif olunur. Bundan əlavə Hinduşka ətinin bir kiloqramı 14 manata, kənd toyuğu 10 manata, balıq 8-25 manata satılır. Kartofun kiloqramı 1, pomidor 3-6, Zirə xiyarı isə 15 manatadır.

Bazarda satışa çıxarılan çərəzlər daha çox Ukrayna, İran və Türkiyədən gətirilir. QəbələİsmayıllıZaqatalaXaçmazdan gətirilən çərəzlərin qiyməti nisbətən ucuzdur.

Məsələn, qozun ləpəsi 12-18 manat arasında dəyişir. Fındıq ləpəsinin bir kiloqramını 10-12 manata, ərik qurusunu 7-9 manata, kişmişi 8-15 manata, badamı 20-22 manata almaq olar.

Əgər bayram süfrəsində balıq ləvəngisi görmək istəyirsinizsə, azı 20 manat, toyuq ləvəngisinə isə 25 manat verməli olacaqsınız.

Beləliklə, orta gəlirli ailənin bayram süfrəsi açması üçün minimum 200-250 manat lazımdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

20 + seven =