“Başakşəhər” xal itirdi, “Beşiktaş”ı “qızıl”dan bir qələbə ayırır

0
514

Türkiyə Super Liqasında XXXII tura start verilib. Arazinfonun Apasport.az saytına istinadən verdiyi məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.

 

Günün yeganə matçında “Qalatasaray” “Osmanlıspor”u qəbul edib. “Sarı-qırmızılar” bürünc medallara şanslarını davam etdirmək üçün güclü rəqibini xalsız yola salıb – 2:0.

 

Yüksək dəstəni tərk etməmək uğrunda da gərgin mübarizə gedir. “Rizəspor”la “Qaziantepspor”un qarşılaşması “qara dənizlilər”in qələbəsi, qazianteplilərin isə aşağı dəstəyə yuvarlanması ilə nəticələnib.

 

Çempionluq mübarizəsinin lideri “Beşiktaş” şənbə günü meydana çıxıb. “Qartallar” “Kasımpaşa”nı darmadağın edib.

 

İstanbul təmsilçisinin ən yaxın izləyicisi “Başakşəhər” isə bazar günü “Trabzonspor” səfərində heç-heçə edərək çempionluq şansını çətinə salıb. Növbəti həftə “Beşiktaş” qələbə qazansa digər oyunların nəticəsindən asılı olmayaraq çempionluğunu elan edəcək.

 

Üçüncü sırada qərarlaşmış və “Qalatasaray”dan sadəcə iki xal öndə olan “Fənərbaxça” isə həftənin bazar ertəsi oynayacaq. İstanbulluları Ankarada çətin “Gənclərbirliyi” səfəri gözləyir.

 

Türkiyə Super Liqası

XXXII tur

 

19 may

“Qalatasaray” – “Osmanlıspor” – 2:0

Qollar: Sneyder, 24, Sinan, 35

 

20 may

“Rizəspor” – “Qaziantepspor” – 2:0

Qollar: Edomvni, 26, Kveuke, 21

 

“Kayserispor” – “Adanaspor” – 1:1

Qollar: Sou, 33 – Renan, 81

 

“Antalyaspor” – “Bursaspor” – 2:1

Qollar: Eto, 32, 80 – Sinan, 47

 

“Beşiktaş” – “Kasımpaşa” – 4:1

Qollar: Abubakar, 2, Quarejma, 33 (pen.), Talişça, 49, Babel, 65 – Eduok, 4

 

21 may

“Konyaspor” – “Karabükspor” – 3:0

Qollar: Bayiç, 23, Şahinər, 27, Hora, 90+2
“Trabzonspor” – “Başakşəhər” – 0:0

 

22 may

21:00 “Akhisar” – “Alanyaspor”
21:00 “Gənclərbirliyi” – “Fənərbaxça”

 

Turnir cədvəli

 

1.

Beşiktaş

32

21

8

3

65:30

71

2.

Başakşəhər

32

19

10

3

60:27

67

3.

Qalatasaray

32

18

4

10

60:37

58

4.

Fənərbaxça

31

16

9

6

54:29

57

5.

Antalyaspor

32

15

7

10

40:39

52

6.

Trabzonspor

32

14

8

10

37:31

50

7.

Kasımpaşa

32

12

7

13

46:46

43

8.

Konyaspor

32

11

10

11

39:40

43

9.

Akhisar

31

12

6

13

38:39

42

10.

Gənclərbirliyi

31

10

10

11

29:31

40

11.

Alanyaspor

31

12

4

15

52:58

40

12.

Karabükspor

32

11

6

15

33:44

39

13.

Osmanlıspor

32

9

11

12

36:39

38

14.

Kayserispor

32

10

7

15

45:55

37

15.

Bursaspor

32

10

5

17

31:55

35

16.

Rizəspor

32

8

6

18

41:52

30

17.

Qaziantepspor

32

7

5

20

29:57

26

18.

Adanaspor

32

6

7

19

31:57

25

BIR CAVAB BURAXIN