Baş tutmayan “Günəş silahı” layihəsi

0
312

11

Ötən əsrin əvvəllərindən başlayaraq elm və texnikanın sürətlə inkişaf eyməsi əvvəllər fantastika kimi görünən və daha çox nağıl təsiri bağışlayan layihələrin həyata keçirilməsi üzərində işlərin başlanmasına gətirib çıxardı. Bu müstəvidə də Almaniya daha çox fərqlənərək qlobal layihələr üzərində elmi tədqiqatlar aparırdı. Çünki, Almaniyanın birincü dünya müharibəsində məğlub olmasından sonra ölkəni idarə edənlər bu məğlubiyyətin əvəzini çıxmaq üçün elm və texnikanın son nailiyyətlərindən istifadə etmək niyyətində idilər. Ona görə də onlar alimləri bir araya toplayaraq onları qlobal önəm daşıyan və əsasən hərbi məqsədlərə xidmət edən müxtəlif layihələrin üzərində baş sındırmağa və bu sahədə geniş tədqiqatlar aparmağa məcbur edirdilər. Atom enerjisindən istifadə etməyin yolları məlum olmadığı bir vaxtda, alman alimlərin bütün diqqəti günəş enerjisindən istifadə yolu ilə müxtəlif layihələrin həyata keçirilməsinə yönəldilmişdi. Bu müstəvidə də 1929-cu ildə Almaniyada raket texnikasının atası hesab edilən German Obert ( Hermann Oberth) günəş enerjisindən hərbi məqsədlər üçün istifadə edilməsi barədə ideya ilə çıxış etdi. O, bununla bağlı yazdığı “Kosmik uçuşlara yol” adlı kitabında Yer səthindən min kilometr yüksəklikdə orbital stansiya qurulmasını və bu yolla günəş enerjisindən müxtəlif məqsədlər üçün istifadə edilməsi barədə cəsarətli bir fikir söylədi. Obert bu məqsədlə yerdə orbitdə uzun müddət fəaliyyətini davam etdirə biləcək modul stansiya hazırlanmasını təklif etdi. Obertin fikrincə, stansiyanın orbitdə dövr etməsi sünü qravitasiya sahəsinin yaradılması əsasında baş tutmalı idi. Bu məqsədlə də alim orbital stansiyaya yüklərin daşınması və orada işləyənlərin əvəzlənməsi üçün xüsusi uçuş-enmə aparatlarının texniki sənədlərini hazırladı.

Obert Almaniya Müdafiə nazirliyinin tələblərini nəzərə alaraq orbital stansiyada hərbi məqsədlərə xidmət edəcək və 100 metr diametri olacaq yarıəyilmiş güzgü quraşdırılmasını irəli sürdü. Bu güzgü günəş şüalarını bir nöqtəyə yönəldərək suyu qaynatmalı, elektrik stansiylarının turbinlərini fırladaraq onlardan enerji alınmasını təmin etməli idi. Bundan əlavə orbital stansiyadan kosmosa uçuşlar üçün start meydançası kimi istifadə edilməsi də nəzərdə tutulmuşdu. Amma alman generallar orbital stansiyada quraşdırılacaq güzgüdən düşməni məhv edən silah kimi istifadə edilməsini daha məqsədəuyğun hesab etdilər.

Əslində bu ideya heç də təzə ideya deyildi. Belə ki, alman generallara hələ eramızdan əvvəl məşhur alim Arximedin günəş şüalarından günəş topu kimi istifadə etməsi məlum idi. Xatırladaq ki, eramızdan əvvəl 212-ci ildə Roma hərbi dəniz donanması Arximedin doğma şəhəri olan Sirakuza şəhərinə hücum edərək onu mühasrəyə almışdı. Sirakuza sakinləri düşmən qarşısnda gücsüz idilər və onları ölüm və qul kimi bazarlarda satılmaq taleyi gözləyirdi. Ona görə də şəhəri müdafiə edə bilməyəcəklərini nəzərə alan Sirakuza sakinləri yardım üçün məşhur alim Arximedə müraciət etdilər. Alim əmər etdi ki, insanlar evlərində nə güzgü varsa götürərək yanına gəlsinlər. Bu güzgülər vasitəsi ilə günəş şüaları düşmən gəmilərinə yönəldildi. Az sonra düşmən gəmiləri bir- birinin ardınca od tutaraq yanmağa başladılar. Sağ qalanlar isə xilas olmaq üçün özlərini dənizə atdılar. Beləliklə Sirakuza şəhəri Arximedin elmi dərrakəsi nəticəsində düşmən hücumundan xilas edildi.

Arximedin bu kəşfi yalnız ötən əsrin 20-ci illərində elmi kəşflərdən Almaniyanın dünya ağalığını təmin etmək üçün istifadə etməyi planlaşdıran alman generalların yadına düşdü. Obertin yerətrafı orbitdə elmi stansiya yerləşdirmək və bu zaman stansiyanı hərəkətə gətirmək üçün günəş şüalarından istifadə etməyi planlaşdırması isə bundan hərbi məqsədlər üçün istifadə etmək nyyətinə düşən alman generallarını hərəkətə gətirdi. Günəş silahı layihəsi üzərində işləyən alimlər yerətrafı orbitdə yerləşdiriləcək güzgünün imkanlarından daha effektli şəkildə yararlanmaq üçün onun parabolik sahəsinin ən azı 3 kvadrat kilometrə çatdırmaq qərarına gəldilər. Bu məqsədlə isə qərara alındı ki, gələcəkdə yerətrafı orbitdə yerləşdiriləcək stansiyanın günəş şüalarından səmərəliliyini yüksəltmək üçün onu 8200 kilometr yüksəklikdə yerləşdirsinlər.

Modul stansiyanın yerətrafı orbitə çıxarılması üçünsə Vergeltungsvaffe 2(V-2) raketindən istifadə etmək nəzərdə tutulmuşdu. Bu raket olduqca etibarlı hesab edilirdi. Stansiyanın daxilində isə elektrik enerjisi almaq məqsədi ilə xüsusi buxar generatorları quraşdırılmışdı. Bu generatorlar günəş enerjisi ilə işləməli idi. Yerdən komanda alacaq heyət güzgünü lazımi istiqamətə çevirərək günəş şüalarını onun üzərinə yönəldəcəkdilər. Nəzəri baxımdan bu enerji ilə ən böyük şəhərləri də yandıraraq külə döndərmək mümkün hesab edilirdi. Bu şüaların həm də tankları əridərək metal qırıntılarına çevirəcəyinə böyük ümidlər bəslənilirdi. “Sonnengevehr”lə əlaqə yaradılması yerdən göndərilən şifrəli siqnallarla həyata keçirilməli idi.

Fiziklərin fikrincə günəş silahına qarşı hər hansı bir ölkə müqavimət göstərə bilməyəcəkdi. Bir sözlə həmin dövrdə Almaniya bəşər tarixinin həyatında böyük dəyişikliklərə yol açacaq elmi kəşflərin bir addımlığında idi. Amma alman alimlərinə günəş silahı layihəsini həyata keçirmək nəsib olmadı. Çünki o dövrdə Almaniyanın elmi texniki baxımdan inkişaf etməsindən istifadə edən Hitler dünya ağalığı fikrinə düşərək bir-bir qonşu ölkələri işğal etməyə başlamışdı. Bu sonda II Dünya müharibəsinin başlamasına gətirib çıxardı. Bu isə alman alimərinin kosmosun fəthi də daxil olmaqla nəhəng və fantastik görünən layihələrini həyata keçirilməsi yolunda əngələ çevrildi. Hər halda hadisələrin sonrakı gedişi göstərdi ki, Hitler II dünya müharibəsinin başlaması üçün tələsib. Sonralar məşhur alman alimi Verner fon Braun demişdi ki, əgər Hitler müharibəyə 4-5 il sonra başlasaydı, onda qələbəni özü üçün təmn etmiş olacaq və dünya ağalığı niyyətini həyata keçirə biləcəkdi.

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

14 − seven =