Baş nazirin iqtisadiyyat barədə şərhləri rusiyalıları hiddətləndirir

0
685

Rusiya baş naziri Dmitri Medvedyevin iqtisadiyyat barədə şərhləri rusiyalılar arasında getdikcə daha çox qəzəb, hiddət və rişxənd yaradır. Onun şərh tərzi təqaüdçülər, müəllimlər və digər rusiyalılar üçün təhqiredici və bivec münasibət kimi qarşılanır.

3 ay bundan qabaq Medvedyev Krim sakinləri ilə söhbətində demişdi ki, təqaüdləri qaldırmaq üçün kifayət qədər pul yoxdur, Rusiya iqtisadi xaosa sürüklənə bilər və təklif etmişdi ki, əgər məktəb müəllimləri ləyaqətli həyat istəyirlərsə, ayrı mənbədən qazanc əldə edə bilmələri üçün başqa iş də tapsınlar.

Medvedyevin pul qazanmaqla bağlı növbəti təklifi avqustun 3-də Rusiyanın ən kasıb regionlarından olan Dağıstan Respublikasında keçirilən ictimai forumda gəldi. Gənc müəllimlərin polislərdən 5 dəfə az qazanmasının səbəbini soruşanda baş nazir cavab verib ki, müəllimlər gəlirlərini artırmaq üçün gecələr də işləsinlər, ya da özlərinə ayrı iş tapsınlar:

Mən məktəb müəllimləri, professorlarla bağlı suallarla tez-tez üzləşirəm. Əgər sən çox qazanmaq istəyirsənsə, bu qazancı sürətlə və rasional qazanmaq üçün çoxlu cəlbedici yollar var, məsələn, biznes kimi. Amma sən biznesə getmək istəmədin, elə deyilmi?» Medvedyev kütləyə deyib.

Ancaq onun bu sözləri 2009-cu ildə prezident olduğu vaxt dərc etdirdi məqaləsindəki fikirləri ilə ziddiyyət təşkil edir. O vaxt o bildirmişdi ki, yeni texnologiyalarla işləyən sərmayəçilər, yenilikçilər, tədqiqatçılar, müəllimlər, sahibkarlar cəmiyyətdə daha çox hörmətə layiq olacaqlar. Öz növbəsində, onların məhsuldar olması üçün cəmiyyət də lazım olan şəraiti yaradacaq, – baş nazir prezident kürsüsündən demişdi.

Medvedyevin bu şərhi sosial mediada hay-küy qoparıb. Özünü istehza ilə «Rusiya prezidenti» adlandıran Twitter istifadəçisi @KermlinRussia hesabından «Breaking Bad» serialında narkotik alverçisi rolunu oynayan amerikalı aktyor Walter White-in foto paylaşıb, həmin fotoda dolların da təsviri var. Altından isə yazılıb:«Dmitry Medvedev məsləhət görür ki, müəllimlər daha pullu iş tapsınlar. Medvedev deyir ki, enerjili müəllimlər pul qazanmağın yolunu tapa bilərlər».

Saytlardan biri yaxşı qazanmaq üçün fahişəlik, striptiz göstərən, erotik kişi modelyerliyi edən, gecə klubunda rəqqaslıqla, oğruluqla məşğulluq olan, hətta terrorçu müəllimlərin siyahısını yayıb. Rusiyanın müxtəlif məktəblərində dərs deyən bu müəllimlərin arasında kimyaçı, tarixçi, ədəbiyyatçı var.

Avqustun 4-də change.org saytında baş nazirin istefası üçün başlanan kampaniyanı 230 mindən çox adam imzalayıb. Müraciət mətnində qeyd edilib ki, balıq başdan iylənər.

Təqaüdçülər də Medvedevin «qazanc yolgöstərmələri» ilə üzləşiblər.Bu ilin mayında baş nazirin Krım sakinləri ilə görüşündə bir təqaüdçü ona pensiyanın azlığından şikayətlənmişdi: «Bu təqaüdlə yaşamaq mümkün deyil. Qiymətlər dəhşətli dərəcədə bahadır. Artıq gücümüz qalmayıb. Bizə düzgün indeksləşmə hesablanmayıb».

Baş nazirin cavabı belə olub: «Hazırda pul yoxdur. Pul tapaq, indeksasiyanı tətbiq edəcəyik. Siz burada möhkəm olun. Sizə ən xoş arzular, yaxşı əhval ruhiyyə və sağlamlıq diləyirəm sağ olun».

Onun bu sözləri də sosial şəbəkədə istehza ilə qarşılanıb. Facebook istifadəçilərindən biri Medvedevin fotosunu paylaşaraq onun «dilindən» qeyd edib: «Əziz krımlılar, pul yoxdur, heç yaxın vaxtda da gözlənmir, amma siz möhkəm olun. Sağlıqla qalın»

BIR CAVAB BURAXIN