“Barselona” İspaniya çempionatında məğlubiyyətsizlik seriyasını davam etdirir

0
199

“Barselona” futbolçuları La Liqanın 24-cü tur oyununda “Eybar”ı məğlub edib və çempionatda məğlubiyyətsiz oyunlar seriyası üzrə öz rekordunu təkrarlayıb.

“Report” xəbər verir ki, “Eybar”a qarşı keçirilən matç (2:0) “Barselona” üçün ardıcıl 31-ci məğlubiyyətsiz oyun olub.

Kataloniya klubu sonuncu dəfə 2010/11-ci illər mövsümündə Xosep Qvardiolanın rəhbərliyi altında bu qədər matçı uduzmayıb.

“Barselona” cari mövsümdə İspaniya çempionatının lideridir. Komadanın 62 xalı var. Baskları 10 xal geridə olan “Atletiko” izləyir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twenty − 2 =