Bakıda universitetin qarşısından tələbə qızı qaçırdılar

0
621

Bakıda universitetin qarşısından tələbə qız qaçırılıb. Arazinfo.comLent.az-a istinadən xəbər verir ki, Beyləqan rayon sakini, 1948-ci il təvəllüdlü Aslanova Tamilla Zeynalabdin qızı polisə müraciət edərək bildirib ki, noyabrın 17-də saat 13:00 radələrində  Azərbaycan Pedaqoji Universitetin 2-ci kurs tələbəsi olan 18 yaşlı qızı Nigar (ad şərtidir) universitetin qarşısından qaçırılıb.

 

Şikayətçi əlavə edib ki, qızının qaçırılmasını Beyləqan rayon sakini, 1996-cı il təvəllüdlü Əliyev Mirkənan Nazim oğlu təşkil edib.

 

Qadın qızının evə qaytarılmasında polisdən kömək istəyib.

 

Araşdırma aparılır.

BIR CAVAB BURAXIN