Bakıda təhlükəli virus yayılıb: BÖYRƏK ÇATIŞMAZLIĞI YARADIR

0
631

 

Son günlər Bakıda əhali arasında sürətlə yayılan kəskin qrip xəstəliyi artıq çoxlarını narahat edir. Müşahidələr göstərir ki, bu virus əvvəlki, adi qriplərdən ağırlıq dərəcəsi ilə xeyli fərqlənir. Bu xəstəlik daha çox qızdırma, qusma, bel və kürək nahiyəsində ağrılar, kəskin öskürəklə müşayiət olunur. Uroloq, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl da sosial şəbəkədə bu qripin xeyli təhlükəli olduğunu qeyd edib.

Həkim bu virusun “rabdomiyoliz” olduğunu düşünür: “H3N2-nin rabdomiyolizi yaratdığı bilinir. Rabdomiyoliz böyrək çatışmazlığına gətirə biləcək çox riskli bir haldır.

Avropa Xəstəliklərin Önlənməsi və Nəzarəti Mərkəzinin bu ilin 51-ci həftəsinə olan məlumatına görə, Azərbaycanda qrip epidemiyasının səviyyəsi aşağı olaraq qiymətləndirilib. Bu həftə ərzində Azərbaycanda burnun selikli qişasından alınmış təhlillərə əsasən xəstəliyi virusun törətməsi bəlli olur. Doğrudur, 54-cü həftədəyik artıq. Amma yenə də bunlara inanmadım. Bir fakta isə inanmamaq olmaz: indiki virus ştamı H3N2-dir”.

Həkim deyir ki, qrip virusu, elmi adı ilə İnfluenza virusu ancaq tənəffüs sisteminin selikli qişasını tutur. Başqa orqanlara keçməsi ehtimalı çox azdır. Ancaq H3N2 həm də qandakı leykositləri də tuta bilir: “Özüm bir həftədir xəstələnmişəm. Həyatım boyu qripdən ötrü bir gündən artıq yatmamışdım. Ancaq 3 gündür yataqdan çıxa bilmirəm. Sabah mənim tələbə qrupum imtahana girməlidir, amma hələ cədvəllərini imzalaya bilməmişəm. Onsuz isə imtahana girə bilməzlər. Təsəvvür edin, tərləyə bilmirəm. Ağızda pas dadı var. Bütün bədən ağrıyır. Taqətim yoxdur. Gündə 5 litr mayeyə baxmayaraq, sidik rəngi hələ də tünddür. Normal qripdə bu qədər olmaz. Ağızda pas dadı, taqətsizlik və sidiyin tündləşməsi birlikdə Rabdomiyoliz dediyimiz hadisədə baş verə bilər. Rabdomiyoliz əzələ liflərinin əriməsidir. Nəticədə ölmüş əzələ zülalları (qırmızı rəngdə olurlar) sidiyə qarışaraq atılır. Eyni hadisə ciddi idman zədəsi alınanda, bağırsaq infeksiyalarında, hepatitlərdə görülür. Əzələ zülalının qalığı ağır molekuldur. Böyrəyin incə yollarında çökə bilər. Bunu ancaq su ilə yuya bilərsiniz. Odur ki, çoxlu maye için. Çatdıra bilməyənlər isə mütləq sistem qoşdursunlar”. Lent.az

BIR CAVAB BURAXIN