BAKIDA OLAY – Xanım sürücü mühafizəçini ölümcül döydürdü

0
785

Bakının mərkəzində yaşayış kompleksinin mühafizəçisi ölümcül döyülüb.

 

Hadisə şahidlərinin verdiyi məlumata görə, dünən saat 16.30 radələrində “Abşeron” mehmanxanasının yaxınlığında yerləşən yaşayış kompleksinin mühafizəçisi bir qızın şikayəti ilə ölümcül hala salınıb.

 

Məlumata görə, cavan xanım sürücü idarə etdiyi ”– — 003” dövlət nömrə nişanlı son model ”Range Rover” markalı avtomobili park etmək istəyib. Yer olmadığından yaşayış kompleksinin həyətində saxlamaq istəyib.

 

Lakin binanın mühafizəçisi ona icəzə verməyib. Həmin xanım kiməsə zəng edərək mühafizəçidən şikayətlənib.

 

Az sonra qara ”AA” dövlət nömrə nişanlı  ”Mercedes” markalı avtomobillə iki nəfər həmin yerə gəlib. Onlar mühafizəçini huşunu itirənədək döyüb, sonra isə maşına əyləşərək ərazini tərk ediblər.

 

Yerdə qan içərisində olan mühafizəçini təcili yardım maşını xəstəxanaya aparıb. (criminal.az)

BIR CAVAB BURAXIN