Bakı-Sumqayıt mikroavtobus yük avtomobilinə çırpılıb, iki tələbə ölüb, 10-dək xəsarət alan var

0
616

 

Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfərin öldüyü, 10-dək şəxsin xəsarət aldığı bildirilir.
APA-nın xəbərinə görə, ölənlərin hər ikisi tələbədir.

 

İlkin məlumatda mikroavtobusun yola çıxan piyadanı vurmamaq üçün manevr edərkən yolun kənarındakı maneəyə çırpıldığı bildirilsə də, araşdırma zamanı məlum olub ki, mikroavtobus yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb.

 

Qəza səbəbindən Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb, nəqliyyatın hərəkəti müvəqqəti dayanıb. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub.

 

BIR CAVAB BURAXIN