Bakı-Quba yolunda avtobus qəzası: Yaralılar var

0
552
Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Arazinfo.com APA-ya istinadən xəbər verir ki, magistralın Xızının Yaşma kəndi ərazisindən keçən hissəsində avtobusun digər avtomobillə toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Sumqayıt Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.

BIR CAVAB BURAXIN