Bakı erməni Lavrovu bu addımla kənarlaşdıra bilər – Ekspert

0
521

 

 

Politoloq Tofiq Zülfüqarov maraqlı açıqlama ilə çıxış edib.

Axar.az xəbər verir ki, XİN-in keçmiş başçısı Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsində tutduğu qeyri-obyektiv mövqeyindən dolayı onun barəsində petisiya hazırlamağın gərəkdiyini vurğulayıb. T.Zülfüqarovun sözlərinə görə, Azərbaycanın rəsmi müraciətindən sonra Lavrovun milli kimliyinə görə bu məsələdə bitərəf mövqe tutmasının mümkünsüzlüyü səbəbindən Rusiya Qarabağla bağlı başqa bir vasitəçi təyin edə bilər.

T.Zülfüqarov fikirlərini 6 bəndlə əsaslandırıb:

“1. Ermənistan və Azərbaycan ictimaiyyətinin rəyi – Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasına təsir edən ən mühüm amildir.

2. Azərbaycan ictimaiyyəti Rusiyanın xarici işlər naziri Lavrovun vasitəçiliyini qeyri-obyektiv, birtərəfli, etnik cəhətdən şərtləndirilmiş və ermənipərəst fəaliyyət kimi qəbul edir. Maraqların münaqişəsi açıq-aşkardır.

3. Sergey Lavrov cənablarının şəxsi marağı olmayan bitərəf vasitəçi kimi qəbul edilməməsi Rusiyanın bir ölkə (dövlət) kimi vasitəçi rolunun gəbul edilməməsi demək deyil. Biz yenə də hesab edirik ki, erməni-Azərbaycan münaqişəsinin nizama salınmasına həlledici təsir göstərmək üçün Rusiyanın bütün imkanları vardır.

4. Rusiyanın xarici işlər nazirinin hansı millətdən olması onun suveren haqqıdır və biz buna hörmətlə yanaşırıq; eyni zamanda bildiririk ki, öz hərəkətləri (fəaliyyəti) ilə Azərbaycan ictimaiyyəti arasında etibarını itirmiş, erməni millətindən olan vasitəçinin qəbul edib-etməməyə suveren haqqımız vardır.

5. Yuxarıdakıları nəzərə alaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu rəyi əks etdirən petisiya göndərilməsi üçün kütləvi və ictimai kampaniya keçirilməsi və bunun nəticəsi olaraq Rusiya tərəfinə müraciətlə nizamlanma prosesini ləngidən maneənin aradan qaldırılmasının tələb edilməsi düzgün olardı.

6. Rusiya tərəfi Azərbaycan ictimaiyyətinin rəyinə hörmətlə yanaşaraq, vasitəçilik missiyasını həyata keçirmək üçün Rusiyanın hazırki xarici işlər nazirinin təsiri altında olmayan, Azərbaycan üçün son dərəcə incə bir məsələdə maraqlar münaqişəsi yaratmayacaq başqa bir vəzifəli şəxsi təyin edə bilər”.

 

BIR CAVAB BURAXIN