Bələdiyyədən nəhəng şirkətlərə 20 milyardlıq iddia

0
545

Nyu York bələdiyyəsi qlobal istiləşmənin ən böyük baiskarları sayılan “Britiş Petrolium”, “Şevron”, “KonokoFillips”, “Ekson Mobil” və “Royal Döç Şel” şirkətlərinə qarşı məhkəşə iddiası qaldırıb.

Bələdiyyə qlobal istiləşmə əleyhinə keçmişdə icra etdikləri və gələcəkdə planlaşdırdıqları layihələrin xərclərini adları çəkilən şirkətlərdən əldə etmək istəyir.

Nyu York bələdiyyəsi içməli su, tullantı infrastrukturu, sahil təhlükəsizliyi, qlobal istiləşmə və sosial səhiyyə ilə bağlı 20 milyard dollar dəyəri olan proqramlar hazırlayıb.

İddiada qeyd olunur ki, bələdiyyə 1980-ci ildən bəri enerji firmalarının istifadə etdikləri fosil yanacağının atmosferə və iqlim dəyişikliyinə təsirlərinin fərqindədir. Amma şirkətlər fosil yanacağının ekoloji təsirlərini inkar edərək ictimaiyyəti aldatma yolunu tutub.

Bələdiyyə başqanı Bill de Blasio bildirib ki, əhalini acgözcəsinə pisləşən ekologi mühitə sürükləyən şirkətlər vurduqları zərərə görə ödəməli olduqları maliyyəni də gözlərinin önünə gətirməlidirlər.Teleqraf.com

BIR CAVAB BURAXIN