Bəzi dindarlar milli bayramlarımızın əleyhinə çıxırlar

0
122

Azərbaycanda bəzi dindarlar  milli bayramlarımızın əleyhinə çıxır, namaz qılmadıqları üçün    20 Yanvar, Xocalı faciəsi şəhidlərini qəbul etmir, dini kimliyimizi milli kimliyimizə qarşı qoymağa cəhd edirlər.

Arazinfo.com-un verdiyi xəbərə görə, bunu  Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə dövlət Komitəsinin  təşkilatçılığı ilə keçirilən “Din və ideoloji təhlükəsizlik” adlı konfransdakı çıxışında  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib. Baş Prokurorluq, Daxili İşlər, Təhsil, Gənclər və İdman nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və digər qurumların məsul əməkdaşlarının iştirak etdiyi konfransda o, son dövrlərdə dini kimliyimizin milli kimliyə qarşı qoyulması hallarının ortaya çıxdığına diqqəti cəlb edib: “Bəzi dırnaqarası dindarlar milli bayramlarımızın əleyhinə çıxır, Novruz bayramına mənfi münasibət bəsləyir, namaz qılmadıqları üçün  20 yanvar və Xocalı şəhidlərini qəbul etmirlər. Belə adamların ingilis, fransız və digər millətlərdən heç bir fərqi yoxdur”.

Çingiz İsmayılov bu işlə aidiyyəti qurumlarla məşğul olduğunu söyləyib.