AzTV-nin rejissorunu maşın vurub öldürdü

0
572

AzTV-nin rejissoru Rəşad Zöhrabov faciəli şəkildə dünyasını dəyişib. Musavat.com-un məlumatına görə, onu maşın vurub. Rejissor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq, Rəşad Zöhrabovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Rəşad Zöhrabov tanınmış bəstəkar və musiqişünas, xalq artisti Ramiz Zöhrabovun oğludur.
Faciəli şəkildə dünyasını dəyişən rejissorun dörd övladı var.

0

BIR CAVAB BURAXIN