Azərbaycanlı rejissor Antonioni, Tarkosvki, Nuri Bilgə Ceylanla eyni siyahıda

0
683

Azərbaycanlı rejissor, “Çölçü” filmi ilə bir çox mükafatlar əldə edən Şamil Əliyev yeni beynəlxalq uğura imza atıb.
Arazinfo.com Moderator.az-a istinadən xəbər verir ki, həmyerlimizin ekran işi olan “Çölçü” beynəlxalq elmi konfransa daxil edilən beş filmdən biri olub.
Sankt-Peterburqada keçiriln elmi konfransın mövzusu “İslam dünyası və kino”dur. İslam dünyasına aid beş rejissorun filmləri həmin konfransa salınıb. Türkiyədən Nuri Bilgə Ceylan, Azərbaycandan Şamil Əliyev, Misirdən Yusif Şahin, Qazaxıstandan Bayqazin və İrandan Həqiqinin filmləri həmin konfransda nümayiş etdiriləcək və təhlil olunacaq. Elmi konfransda müxtəlif kino xadimləri  çıxış edəcək. Filmin nümayişindən əvvəl məruzə olunacaq.
Şamil Əliyev həmin elmi konfransın siyahısına salınmasının səbəbini bir müddət əvvəl Çikaqoda qazandığı uğurun nəticəsi olaraq görür. Rejissor Moderator.az-a açıqlamasında “Çölçü”nün Çikaqoda Art House Festivalında Tarkovski və Antonioni mükafatının nominantı olduqdan sonra Avropa və Amerikada ali məktəblərin kino fakültələrinə dərs vəsaiti kimi salındığını deyib. Belə ki, “Çölçü” filmi hazırda ABŞ, İngiltərə, Hindistan və bir çox ölkələrdə Antonioni, Tarkosvki kimi rejissorların filmləri ilə birgə dərs vəsaiti kimi tədris edilir.Elmin Nuri
 

BIR CAVAB BURAXIN